Azərbaycanın Qarabağda lokal anti-terror əməliyyatı Ermənistanda hökumət əleyhinə etirazlara səbəb olub. Qəzəbli izdiham paytaxt İrəvanda üçüncü gündür küçələrə çıxaraq baş nazir Nikol Paşinyanın istefasını tələb edir. Onun opponentləri Paşinyan administrasiyasını Azərbaycana cavab verə bilməməkdə ittiham edirlər.
Türkiyənin NTV telekanalına müsahibəsində İrəvanda fəaliyyət göstərən Analitik Regional Araşdırmalar Mərkəzinin (RSC) direktoru Riçard Qiraqosyanın sözlərinə görə, Paşinyan administrasiyası hələ də güclüdür. Ermənistan hökumətinin 2020-ci ildə İkinci Qarabağ müharibəsində məğlub olmasına və çevriliş cəhdindən sağ çıxmasına baxmayaraq yenidən seçildiyini qeyd edən Qiraqosyan ölkədə heç bir görkəmli alternativ müxalifətin olmadığını bildirib.
Giraqosyan uzun müddətli sülh üçün Paşinyan administrasiyasının davamlılığının vacibliyinə işarə edərək, “Ermənistan lideri Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Türkiyə ilə normallaşma idealına da sadiqdir. “Əslində Azərbaycan Paşinyandan yaxşı həmsöhbətə ümid edə bilməzdi" deyə bildirib.
Giraqosyan Ermənistanla Türkiyə arasındakı normallaşma prosesinə son gərginliyin təsir edib-etməyəcəyi ilə bağlı bu fikirləri bildirib: “Türkiyə normallaşma üçün ilkin şərt qoymuşdu. Yəni əvvəlcə Ermənistanla Azərbaycan bir-bir sülh müqaviləsi imzalayırlar. Normallaşma yalnız bundan sonra mümkün ola bilər. Türkiyə artıq Ermənistana çox açıq şəkildə bildirib ki, Azərbaycanla münasibətlərinə xələl gətirəcək heç bir iş görməyəcək”.