Milli Arxiv İdarəsinin heyəti Şəhidlərin xatirəsini anıb

Milli Arxiv İdarəsinin və İdarənin tabeliyində olan dövlət arxiv xidməti təşkilatlarının əməkdaşları Zəfər Parkında  Şəhidlərin xatirəsini yad edib.

"Sherg.az" xəbər verir ki, Anım Günündə  Milli Arxiv İdarəsinin rəisi Əsgər Rəsulov, İdarənin və dövlət arxiv xidməti təşkilatlarının rəhbərləri və əməkdaşları Zəfər parkını ziyarət edib. Xatirə daşının önünə gül dəstələri düzüb.

Qeyd edək ki, Azərbaycan  Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamına əsasən Vətən müharibəsinin başladığı gün - 27 Sentyabr Anım Günü kimi qeyd edilir. Anım Günündə Azərbaycan xalqı, bütün dünya azərbaycanlıları Vətənimizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçən Şəhidlərimizin xatirəsini dərin ehtiramla anır.