Mehmet Dinçerlər yeni eşqə yelkən açıb

Hadisəni unutdu!

  Türkiyəli məşhur pop-ulduz Hadisə də deyəsən, bizim bəzi müğənnilər kimi “həcinin qolu”nu paylaşmaqla gündəmə gəlmək istəyir. 

“Sherg.az” “Milliyet.com.tr”yə istinadən xəbər verir ki, bu günlərdə pop-ulduzun milə-mil kişi köynəyi geyinmiş birisinin yalnız qolunun fotosunu paylaşması qızğın müzakirələrə səbəb olub. Fotoya şərh yazanlar bu “qolun” sahibinin Hadisənin sabiq sevgilisi və həyat yoldaşı, iş adamı Mehmet Dincerlərə məxsusluğunu iddia ediblər. Və fotonu paylaşmaqla Hadisənin “Mehmet Dinçerlərlə yenidən sevgiliyik!” mesajı vermək istədiyini qeyd ediblər. Hadisə ilə M.Dinçerlər 1 il sevgili olduqdan sonra evlənməyə qərar verib, Çırağan sarayında düzənlənən toy mərasimi ilə evliliklərini elan etdilər. Lakin bu evlilik cəmi 5 ay çəkdi. Sevgililər boşandı. İndi isə Hadisənin yenidən M.Dinçerlərin fotosunu paylaşması suallar doğurub. Fotodakı şəxsin M.Dinçerlər olması ehtimalı böyükdür. Çünki M.Dinçerlər bir müddət öncə eyni məkanda çəkdirdiyi fotosunu paylaşmışdı. M.Dinçerlərin geyindiyi göy milli köynək də, bu fotodakının eynidir. Halbuki hadisənin keçmiş həyat yoldaşı az əvvəl Londonda yeni sevgilisiylə görüntülənmişdi. İkilinin marketdən bazarlıq edib çıxarkən kameralara tuş gələn fotoları sosial medaida yayılıb. Hadisə isə yenidən birgəlik iddialarına toxunaraq səhnə çıxışlarının birində “bəziləri keçmişdə ilişib qaldığımızı zənn edir. Bizdə bir kitab iki dəfə oxunmaz, qardaşım”, deyərək M.Dinçerlərlə yenidən bir araya gəlməsinin mümkünsüzlüyünü ifadə edib. M.Dinçerlərin yeni sevgilisi isə Tuana Hayfavidir. Onun da fotoları sosial şəbəkədə yayılıb.