Güney azərbaycanlı qadın Nobel Sülh mükafatına layiq görülüb - YENİLƏNİB

2023-cü il Nobel Sülh mükafatının sahibi açıqlanıb.
“Sherg.az” xəbər verir ki, bu barədə Norveç Nobel Komitəsindən bildirilib.

Məlumata görə, mükafat hazırda həbsdə olan güneyli hüquq-müdafiəçisi Nərgiz Məhəmmədiyə verilib.

 “2023-cü il Nobel Sülh Mükafatı Güneydə qadınların zülmünə qarşı mübarizəsinə və hamı üçün insan haqları və azadlığının təşviqi istiqamətində apardığı mübarizəyə görə Nərgis Məhəmmədiyə verilib”. 

Bəs  Güney azərbaycanlı NƏRGİZ MƏHƏMMƏDİ KİMDİR?

Nərgiz Məhəmmədi 1972-ci il aprelin 21-də Güney Azərbaycanın Zəncan şəhərində anadan olub. Tanınmış jurnalist və hüquq müdafiəçisidir. İranda bir sıra KİV-də işləyib.
2022-ci ilin sentyabrında İranda başlayan etiraz aksiyalarına ilk qoşulanlardan və fəal iştirakçılarından olub. O, 16 il müddətinə azadlıqdan məhrum edilib.

Nərgiz Məhəmmədiyə 2022-ci il üzrə "Sərhədsiz Reportyorlar" Təşkilatının “Cəsarət Mükafatı” verilib. O, 2023-cü ilin yanvarında Olaf Palme mükafatına layiq görülüb. Bu il mayın 3-də İranın məhbus jurnalistləri Nərgiz Məhəmmədi, Nilufər Həmidi və İlahə Məhəmmədi BMT-nin Təhsil, Elm və Mədəniyyət məsələləri üzrə Təşkilatının (UNESCO) Gilyermo Kano adına Dünya Mətbuat Azadlığı Mükafatına layiq görülüblər.
Nərgiz Məhəmmədi həm də 2003-cü ildə Nobel Sülh Mükafatı laureatı qalibi olan Güney azərbaycanlı Şirin Ebadinin rəhbərlik etdiyi qeyri-hökumət təşkilatı olan İnsan Hüquqları Müdafiəçiləri Mərkəzinin vitse-prezidenti vəzifəsində çalışıb.
Qeyd edək ki, Nərgiz  Məhəmmədi bu mükafatı qazanan 19-cu qadındır.