Türkmənistanın paytaxtı Aşqabadda SOCAR-ın nümayəndəliyinin açılışı olub.
“APA-Economics” xəbər verir ki, bu barədə İqtisadiyyat nazir Mikayıl Cabbarov "X" sosial şəbəkəsində bildirib.
“Türkmənistana işgüzar səfərimiz çərçivəsində SOCAR-ın prezidenti Rövşən Nəcəflə birlikdə Aşqabadda SOCAR-ın nümayəndəliyinin ofisinin açılışında iştirak etdik. Bu təşəbbüs şirkətin Türkmənistanda uzunmüddətli fəaliyyətinin möhkəmləndirilməsinə, ölkələrimizin energetika sahəsində ortaq maraqlarının reallaşmasına inamın təzahürüdür”, - paylaşımda bildirilir.