Almaniya prezidentini heç kim qarşılamadı: Yarım saat təyyarədə gözlədi

Almaniya prezidenti Frank Valter Ştaynmayerin 4 günlük Yaxın Şərq səfərinin son dayanacağı Qətər olub. Lakin prezidentin düz yarım saat təyyarədə gözlədildiyi məlum iddia edilib.

Sherg.az xarici mediaya istinadən xəbər verir ki, Ştaynmayer dünən təyyarə ilə Doha hava limanına enib, lakin onu qarşılayan Qətər rəsmisi olmadığı üçün təxminən yarım saat gözləməli olub.

Sosial şəbəkələrdə yayılan görüntülərdə Ştaynmayerin təyyarənin çıxış qapısı qarşısında gözlədiyi görünür.

Ştaynmayerin gözləməsinin Qətərin Almaniyanın Qəzza siyasətinə reaksiyası ilə bağlı ola biləcəyi iddia edilib.

Ştaynmayerin həyat yoldaşı Elke Büdenberder və digər nümayəndə heyətinin isə daha əvvəl təyyarədən endiyi vurğulanıb.


 
Nəhayyət Qətərin xarici işlər üzrə dövlət naziri Sultan bin Saad Əl Murayxi tərəfindən qarşılandıqdan sonra Ştaynmayerin Qətər əmiri Şeyx Təmim Bin Hamed Al Tani ilə görüşmək üçün məkana vaxtında gəldiyi bildirilib.