Lukaşenko Çinə səfər edəcək

Belarus prezidenti Aleksandr Lukaşenko dekabrın 3-4-də Çinə səfər edəcək və orada Çin prezidenti Si Tsinpinlə danışıqlar aparacaq.
APA xəbər verir ki, bu barədə BelTA agentliyi Belarus liderinin mətbuat xidmətinə istinadən məlumat yayıb.
Lukaşenko ilə Si Cinpinq arasında Pekində baş tutacaq danışıqların gündəliyinə ticarət-iqtisadi, investisiya və beynəlxalq əməkdaşlıq məsələləri daxildir.
Səfər proqramına bir sıra sosial və humanitar tədbirlər də daxildir.