Türkiyə Prezidenti kosmosla əlaqə yaratdı

Gezeravcı Ərdoğanı işlərin gedişatı ilə məlumatlandırıb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan türkiyəli astronavt  Alpər Gezeravcı ilə əlaqə saxlayıb. Video bağlantı sayəsində astonavtla qısa söhbət edən prezident vəziyyətlə maraqlanıb. Ərdoğan Alpər Gezeravcının Beynəlxalq Kosmik Stansiyasında fəaliyyət göstərməsindən qürur duyduqlarını bildirib. A. Gezeravcı R.T.Ərdoğanı işlərin gedişatı ilə məlumatlandırıb: “Burada tədqiqat aparıb nəticələri ölkəmizə təqdim edəcəm”, söyləyən türk astronavt “çox yaxşıyam. Türk astronavt olaraq tədqiqatlarda iştirak etdiyimə gpörə mən də çox qürurluyam. Burada ölkəmi təmsil edirəm. Bayrağımızı Beynəlxalq Kosmik Stansiyada dalğalandırmaq mənim üçün şərəfdir”, deyib. Türk astronavt ona göstərilən inama görə Prezident Ərdoğana təşəkkür edib. Türk astronavt “cazibə qüvvəsi olmayan yerdəyəm. Bu, çox fərqli bir vəziyyətdir. 8 ay təlim keçdim. Planlı şəkildə işə başladıq. Vəzifəmi tamamlayıb ölkəmizə dönəcəyəm”, söyləyən türk astronavta R.T.Ərdoğan “kosmosda olmaq necə bir hiss”. soruşub. A.Gezeavcı isə “bütün bədənimə yayılmalı olan maye üst hissədə toplanıb. Hələ ki, bir problem yoxdur”, cavabını verib. Türkiyə Prezidenti də “bir çox gənlcərimiz səndən örnək alacaq, astronavt olmaq istəyəcəklər”, söyləyib.