İstanbuldakı azərbaycanlılar da səs verdilər

Bu gün Türkiyə Respublikasının İstanbul şəhərində yerləşən Azərbaycan Respublikası Baş Konsulluğunda Azərbaycan Respublikası Prezidentliyinə növbədənkənar seçkilər keçirilir. 
Qeyd edim ki, Baş Konsulluqda yaradılan 53 və 54 sayli seçki məntəqələrində Türkiyədə daimi və müvəqqəti yaşayan yüzlərlə azərbaycan vətəndaşı öz səsvermə hüququndan istifadə edir. Azərbaycan Respublikasının İstanbul Baş Konsulu Nərminə Mustafayeva jurnalistlərə müsahibəsində bildirib:
 ” Bu seçki ötən illərdəki seçkilərdən fərqlidir, bu tarixi seçkidir, əhəmiyyəti ondan ibarətdir ki, bu dəfə seçki Azərbaycanın bütün ərazilərində keçirilir. Vətənlərindən didərgin salınmış vətəndaşlarımız Xankəndi, Şuşa, Füzuli vəişğaldan azad olmuş digər bölgələrimizdə açılmış seçki məntəqəlində öz səsvermə hüququndan istifadə edirlər. İnanırıq ki, seçkilər həm burada, həm də ölkəmizdə vətəndaşlarımızın aktiv iştirakı ilə başa çatacaq və Azərbaycanın ulduzu regionda daha da parlaq yanacaq”.
Onu da bildirim ki, İstanbulda yerləşən Azərbaycan Baş Konsulluğu İstanbulun fərqli səmtlərində yaşayan azərbaycan vətəndaşlarının seçki məntəqələrinə gətirilməsi və seçkidə fəal iştirakı üçün xüsusi maşınlar ayırıb və bu maşınlar gün ərzində fərqli saatlarda vətəndaşları seçki məntələqinə gətirməyə davam edir.  
Məlumat üçün bildirim ki, Ankara şəhərində yerləşən Azərbaycan Respublikası Səfirliyində 46 və 47, İstanbuldakı Baş Konsulluqda 53 və 54, Qarsdakı Baş Konsulluqda 55 saylı seçki məntəqələri yaradılıb və səsvermə səhər saat 08-dən axşam saat 7-yə qədər davam edəcək.


Yaqut Misirxanlı
İstanbul