Əliyev Putin görüşü: Bakı və Moskva əlaqələri dərinləşdirir -ŞƏRH

Azərbaycanla Rusiya arasında münasibətlər yüksək səviyyədədir və inkişaf edir.
Bunu Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdə Rusiya Prezidenti Vladimir Putin bildirib.
O, deyib ki, ölkələrimiz arasında bir çox istiqamətlərdə əməkdaşlıq mövcuddur.
Sözsüz ki, təhlükəsizliyin təminatı nöqteyi-nəzərindən regiondakı vəziyyət barədə danışacağıq. Burada bir çox məsələlər var, onlar çox həssasdır”, - deyə Rusiya Prezidenti söyləyib.

Mövzu ilə bağlı "Sherg.az"a açıqlama verən politoloq Məhəmməd Əsədullazadə deyib ki, baş tutan görüşdə dövlət başçıları ölkələr arasındakı normal münasibətləri daha da inkişaf etdirmək barədə razılığa gəliblər:

"Görüşdə cari məsələlər, siyasi-iqtisadi əlaqələr və onun inkişafı, mövcud və bundan sonrakı durum, Cənubi Qafqazda təhlükəsizlik, Rusiya sülhməramlı qüvvələrin çıxarılması kimi mövzular müzakirə olunub. Ümumiyyətlə hazırda Rusiya sülhməramlı qüvvələrinin Azərbaycandan çıxarılması siyasi addımdır və bu hadisə iki ölkə arasındakı münasibətlərə müsbət təsir göstərir. Düşünürəm ki, görüşdə ölkələr arasındakı mövcud normal münasibətlərin inkişafı üçün razılığa gəlinəcək. Həmçinin görüşdə Azərbaycanın növbəti mərhələdə Avrasiya İqtisadi Birliyinə üzvlüyü, Azərbaycan-Ermənistan arasındakı sülh prosesləri də müzakirə olunub. Ümumilikdə bu görüşü iki ölkə arasındakı münasibətlər və onun inkişafı üçün əhəmiyyətli hesab etmək olar".

Yusif Məmmədxanlı