Prezidentin həyatından film:  Tramp filmi bəyənmədi


  ABŞ-nin sabiq prezidenti Donald Trampın həyatından bəhs edən “The Apprentice” filmi Kann Film Festivalında böyük maraqla qarşılanıb. “Sherg.az” “NTV.com.tr”yə istinadən xəbər verir ki, film izləyicilər tərəfindən 8 dəqiqə alqışlanıb. D.Tramp özü də filmi izləyib və nümayişdən sonra “bu film gerçəkləri əks etdirmir”, söyləyib. Filmdə Donald Trampın obrazını Marvel filmlərində Qış Əsgəri xarakterinin aktyoru Sebastian Stan canlandırıb. “The Apprentice” adlı filmin rejissoru isə Kann festivalının mükafatçısı iranlı rejissor Əli Abbasidir. D.Trampın həyat yoldaşı Melaniya Trampı isə Maria Bakalova canlandırıb. İranlı rejissor isə açıqlamasında “siyasi filmlər çəkməyin zamanı yetişib”, deyib. Trampın sözçüsü Steven Çunq isə filmlə bağlı “bu, sərsəmlikdir, uzun müddətdir gündəmdə olan yalanları sensasion bir şəkildə yenidən ortaya atmaqdır”, söyləyib. Rejissor da bu fikirdədir ki, Tramp filmi bəyənməyəcək, amma pis münasibət də göstərməyəcək. Ona filmi izlətmək üçün xüsusi mərasim təşkil edilə bilər”, söyləyib.