BP: Təbii qaz bərpa olunan enerjiyə dəstək olan yanacaqdır

Təbii qaz bərpa olunan enerjinin inkişafına dəstək olan yanacaq növüdür.
Bunu Bakı Enerji Həftəsi çərçivəsində keçirilən Bakı Enerji Forumunda çıxışı zamanı "BP Azərbaycan-Gürcüstan-Türkiyə"nin qaz və az karbonlu enerjinin inkişafı üzrə vitse−prezidenti Katerina Papaleksandri bildirib.

Onun sözlərinə görə, təbii qaz nisbətən təmiz alternativdir, həm də bu yanacaqdan istifadə emissiyaların azaldılmasına dəstək verə bilər.

"Təbii qaz bərpa olunan enerjiyə dəstək olan yanacaqdır", - Katerina Papaleksandri qeyd edib.

Katerina Papaleksandri onu da qeyd edib ki, təbii qaz qlobal enerji balansında çox önəmli bir faktordur və ona olan tələbat hələ uzun illər yüksək olacaq.