Türkiyədə Baş Prokurorluq tərəfindən Əkrəm İmamoğlu barəsində başladılan terror istintaqı davam edir.
Axar.az xəbər verir ki, davam edən istintaq zamanı İmamoğlu ilə bağlı bəzi təfərrüat ortaya çıxıb.
Belə ki, PKK terror təşkilatına yardımla bağlı istintaqın əsas şübhəlilərindən biri olan və xaricə qaçan Azad Barışla İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlu arasında 253 sayda mənbədə müştərək məlumatlar aşkar edilib.
Türkiyə mediası bu informasiyaların, nə kimi bağlantıların olduğunu açıqlamayıb.