Argentinanın sabiq prezidenti Kristina Fernandes de Kirşnerin adı ABŞ-ın sanksiyalar siyahısına salınıb.
APA xəbər verir ki, bunu ABŞ dövlət katibi Marko Rubio açıqlayıb.
Rubio verdiyi yazılı açıqlamada Fernandes de Kirşnerlə yanaşı Argentinanın sabiq planlaşdırma naziri Julio Miguel de Vidonun da sanksiyalara məruz qalacağını bildirib.
Rubio bildirib ki, Fernandes de Kirşner və sabiq nazir vəzifədə olduqları müddətdə korrupsiyada iştirak etdiklərinə görə sanksiyalar siyahısına salınıblar.