İmamoğlunun ətrafında təhlükəsizlik tədbirləri gücləndirilib - YENİLƏNİB

İstanbul Böyükşəhər Bələdiyyə sədri Əkrəm İmamoğlu və digər 90 şübhəlinin gətirildiyi məhkəmə binasının ətrafında təhlükəsizlik tədbirləri gücləndirilib.

APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, iki istintaq üzrə 30 prokurorun iştiraki ilə başlayan ifadə prosesinin səhər saatlarına qədər davam edəcəyi gözlənilir.

***
19:56

İstanbul Böyükşəhər Bələdiyyə sədri Əkrəm İmamoğlunun polisdə ifadəsi bitəndən sonra məhkəməyə aparılıb.

APA xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.


Onunla birlikdə ittiham olunan 90 nəfər də məhkəmə qarşısına çıxarılacaq.