Masallıda çaydan tapılan kitabların və əlyazmaların müəllifi müəyyənləşib
09:23 22.04.2025
Ədəbiyyat
583
Masallı rayonunun Çaykəş çayından tapılan kitablar və əlyazmaların bir hissəsi oxunub.
APA-nın cənub bürosunun verdiyi xəbərə görə, kitablar və əlyazmaların müəllifinin Şeyx Cəlal Lənkərani olduğu müəyyən edilib.
Qeyd edək ki,Şeyx Cəlal Lənkərani cənab bölgəsinin görkəmli alimlərindən və dəyərli ruhanilərindən biri olub. O, 1885-ci ildə Masallı rayonunun Kolatan kəndində doğulub. Şeyx Cəlal 1900-1920-ci illərdə İran və İraqda dini təhsil alıb. O, riyaziyyat, astronomiya və həndəsə elmlərinin də bilicisi kimi tanınıb.
Şeyx Cəlal 1920-ci illərin ortalarında Kolatana qayıdıb. Quran qiraəti, əhkam və İslam maarifi sahəsində dərslər təşkil edib.
Təzyiq və təqiblərə məruz qalan Şeyx Cəlal Lənkərani 1928-cı ildə Biləsuvar rayonuna köçüb. İki ay sonra məxfi şəkildə dinin fəaliyyət göstərdiyinə görə həbs olunub və on il həbs cəzası alıb.
Şeyx Cəlal 1938-ci ildə həbsdən azad olub.
Lakin bir neçə aydan sonra yenidən həbs olunub və Qazaxıstana sürgün edilib.
1948-ci ildə Azərbaycana geri döndükdən sonra 1957-ci ilə kimi Bakının Buzovna qəsəbəsində yaşayıb və gizli şəkildə dini dərslər təşkil edib.
1957-ci ildə doğulduğu Kolatan kəndinə qayıdıb və ömrünün sonuna kimi Kolatanda yaşayıb.
1961-ci ilin mart ayında Kolatan kəndində vəfat edib və Kolatan qəbiristanlığında dəfn olunub.
Xatırladaq ki, tapılan 100-ə yaxın kitab və əlyazmaların sahibləri onları ailə münaqişəsi zəminində yandırmaq istəyiblər, lakin yanmadığını görüb çaya atıblar.
Artıq kitabların bir qismi Masallı rayon tarix və diyarşünaslıq muzeyinə təhvil verilib. Bu gün də digər kitabların təhvil verilməsi nəzərdə tutulub.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Pezeşkian: Qonşularla münasibətlərdə bir çox problemi həll etmişik
00:57 08.08.2026
Region
Fövqəladə vəziyyət: Seutaya növbəti kütləvi miqrant axını...
22:40 07.08.2026
Dünya
Zelenski ilk dəfə Serbiyaya səfər edib
22:02 07.08.2026
Dünya
ABŞ Senatı Rusiya və İrana qarşı sanksiyaları təsdiqləyib
21:47 07.08.2026
Dünya
Bessent İranla 60 günlük atəşkəs imkanını istisna etməyib
21:35 07.08.2026
Dünya
"Real Madrid"in 18 yaşlı futbolçusu İtaliya klubuna keçdi
20:51 07.08.2026
Futbol
Barış Mançonun müəllif hüquqları məhkəməyə daşındı
20:50 07.08.2026
Mədəniyyət
Türkiyə XİN: Yunanıstanın Egey planı birtərəfli addımdır
20:43 07.08.2026
Region
ABŞ-İran arasında müvəqqəti atəşkəs gözlənilir
20:10 07.08.2026
Dünya
Qərbi Nil virusu həyəcanı: 6 nəfər ölüb, yoluxmalar artır
19:51 07.08.2026
Sağlamlıq
"Qarabağ"dan Elvin Cəfərquliyev açıqlaması
19:43 07.08.2026
Futbol