
Tələbat artıb, qızılın qiyməti daha da bahalaşacaq
10:03 22.04.2025
İqtisadiyyat
520
“Bu tendensiya, qlobal iqtisadi qeyri-müəyyənliklər və geosiyasi risklərin davam etdiyi bir şəraitdə qızılın təhlükəsiz liman kimi əhəmiyyətini bir daha göstərir”
Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin qiyməti yeni tarixi maksimumu yeniləyib.
Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə iyun fyuçerslərinin qiyməti 2,17 faiz artaraq 3 400,64ABŞ dollarına bərabər olub.
Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin qiyməti yeni tarixi maksimumu yeniləyib.
Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə iyun fyuçerslərinin qiyməti 1,98 faiz artaraq 3 394,31 ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün bir unsiyası üzrə may fyuçerslərinin qiyməti də 1,22 faiz artaraq 32,868 ABŞ dollarına bərabər olub.
Ekspertlərin fikrincə, qızılın bahalaşması, müxtəlif iqtisadi, siyasi və bazar faktorlarından asılıdır.

İqtisadçı-ekspert Xalid Kərimli “Sherg.az”a açıqlamasında qeyd edib ki, 2025-ci ildə qızılın qiymətinin artması müxtəlif iqtisadi və siyasi amillərlə əlaqəlidir. O deyib ki, qızılın qiymətinin artmasının əsas səbəblərindən biri dünya bazarında qızıla olan tələbin artması ilə bağlıdır:
“Bu artım, ABŞ və Çin arasında ticarət müharibəsinin dərinləşməsi və ABŞ dollarının zəifləməsi fonunda investorların təhlükəsiz liman kimi qızıla yönəlməsi ilə əlaqədardır. ABŞ Prezidenti Donald Trampın Çin mallarına qarşı tətbiq etdiyi yeni tariflər və bu addımların qlobal ticarətə təsiri, bazarlarda qeyri-müəyyənliyi artırıb. Bu vəziyyət, investorların qızıla olan tələbatını yüksəldib. Tələbin artması da qızılın qiymətinin yüksəlməsinə səbəb olur. Bundan əlavə, qızılın qiymətinin artması, ölkənin sərvətinin dəyərini artırır və ixracın artmasına səbəb olur”.
Ekspertin fikrincə, qlobal bazarda qızılın qiymətinin 2025-ci ilin ikinci yarısında 3,500 ABŞ dollarına qədər yüksəlməsi gözlənilir. Bu tendensiya, qlobal iqtisadi qeyri-müəyyənliklər və geosiyasi risklərin davam etdiyi bir şəraitdə qızılın təhlükəsiz liman kimi əhəmiyyətini bir daha göstərir.
Yeri gəlmişkən qeyd edək ki, Azərbaycan Dövlət Neft Fondunun ehtiyatlarının beşdə biri qızılda yatır. 2023-cü ilin sonunda Neft Fondunun qızıl ehtiyatı 12 faiz, 2024-cü ilin sonunda isə 20.6 faiz idi. Cari ildə bu göstəricinin 25 faizə qədər artırılması planlaşdırılır. Bu baxımdan qızılın bahalaşmasının Azərbaycan üçün müsbət təsirləri ola bilər.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Pezeşkian: Qonşularla münasibətlərdə bir çox problemi həll etmişik
00:57 08.08.2026
Region
Fövqəladə vəziyyət: Seutaya növbəti kütləvi miqrant axını...
22:40 07.08.2026
Dünya
Zelenski ilk dəfə Serbiyaya səfər edib
22:02 07.08.2026
Dünya
ABŞ Senatı Rusiya və İrana qarşı sanksiyaları təsdiqləyib
21:47 07.08.2026
Dünya
Bessent İranla 60 günlük atəşkəs imkanını istisna etməyib
21:35 07.08.2026
Dünya
"Real Madrid"in 18 yaşlı futbolçusu İtaliya klubuna keçdi
20:51 07.08.2026
Futbol
Barış Mançonun müəllif hüquqları məhkəməyə daşındı
20:50 07.08.2026
Mədəniyyət
Türkiyə XİN: Yunanıstanın Egey planı birtərəfli addımdır
20:43 07.08.2026
Region
ABŞ-İran arasında müvəqqəti atəşkəs gözlənilir
20:10 07.08.2026
Dünya
Qərbi Nil virusu həyəcanı: 6 nəfər ölüb, yoluxmalar artır
19:51 07.08.2026
Sağlamlıq
"Qarabağ"dan Elvin Cəfərquliyev açıqlaması
19:43 07.08.2026
Futbol