
Paşinyanın açıqlaması həm də onun siyasi kursunu göstərir - RƏY
00:08 23.09.2025
Siyasət
503
Baş nazir erməni xalqını xəyali torpaq iddialarından uzaqlaşdırmağa, real dünya ilə barışdırmağa çalışan yeganə liderdir
Ermənistanın Baş naziri Nikol Paşinyan uşaqların Ağrı dağının coğrafi yerləşməsinə təəccüblənməsi ilə bağlı hekayə danışıb. Baş nazir deyib ki, tonqal yanında olan bir qrup uşağa yaxınlaşaraq onlardan Ermənistanın ən hündür dağının adını soruşub: "Uşaqların 70 faizi Ararat (əsl adı: Ağrı dağı) deyə cavab verib. Onlar hətta Araratın Ermənistanda olmadığını bilmirlər.
Hətta bizimlə ünsiyyətdə olan bir çox ermənilər də bunu bilmirlər, çünki biz belə danışırıq". Paşinyan vurğulayıb ki, Araratın Türkiyədə yerləşməsi barədə məlumatsızlıq hətta böyüklər arasında da geniş yayılıb: "Sonra öyrənirlər, təəccüblənirlər, necə yəni Ararat Ermənistan Respublikasının ərazisində deyil? Onlar bizim haqqımızda nə düşünürlər?". Qeyd edək ki, sentyabrın 17-də Ermənistanın xüsusi tapşırıqlar üzrə keçmiş səfiri Edmon Marukyan hazırkı hakimiyyətin qərarı ilə Ağrı dağının Ermənistanın dövlət gerbindən çıxarılmasının mümkünlüyünü açıqlayıb.
Vətəndaş Həmrəyliyi Partiyasının sədr müavini Samir Əsədli Sherg.az-adeyib ki, bu epizod bir daha sübut edir ki, Ermənistan cəmiyyətində onilliklər boyu utopik xəyallar və simvolik təsəvvürlər hakim olub. Ekspertin sözlərinə görə, reallıqla təbliğat arasındakı uçurum isə artıq gənc nəslin düşüncəsinə də sirayət edib:

"Paşinyanın bu açıqlaması həm də onun siyasi kursunu göstərir. Baş nazir erməni xalqını xəyali torpaq iddialarından uzaqlaşdırmağa, real dünya ilə barışdırmağa çalışan yeganə liderdir. Baş nazir anlayır ki, qonşularla sülh olmadan nə iqtisadi inkişaf, nə də ictimai sabitlik mümkündür. Ermənistanın gələcəyi məhz bu reallığı dərk etməkdən keçir: - sülh, əməkdaşlıq və tərəqqi yolundan. Bu fakt bir daha göstərir ki, Paşinyan Ermənistanı qurtaracaq və erməni xalqını utopik xəyallardan uzaqlaşdıracaq yeganə liderdir. O, qonşularla sülh istəyir və yaxşı anlayır ki, inkişaf və tərəqqinin tək mənbəyi sülhdür".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Azərbaycanda ata oğlunun toyunda həbs olundu
20:58 10.09.2026
Hadisə
Ukrayna Azərbaycanın təcrübəsini öyrənməkdə maraqlıdır
20:16 10.09.2026
Dünya
Nyu-Yorkda Əkiz Qüllələr 2977 işıq saçan dronla eskizləndirilib
19:50 10.09.2026
Gündəm
Binəqədidə bu yol bağlanır
19:30 10.09.2026
Cəmiyyət
"Botafoqo" Hakim Ziyeşi transfer edib
19:22 10.09.2026
Futbol
SALATIN ƏHMƏDLI: KLASSİKLƏŞMƏNİN TİPİKLİK MODELİ
19:14 10.09.2026
Ədəbiyyat
Livan və Kipr prezidentləri ilə görüşmək istəyirəm - Hersoq
18:54 10.09.2026
Aktual
Ukrayna Rusiya və Belarusla sərhəddə xüsusi rejim tətbiq edib
18:47 10.09.2026
Dünya
Şəmkirdə istixanada yanğın olub
18:40 10.09.2026
Hadisə
"Qalatasaray"ın sabiq ulduzu Braziliya klubuna keçdi
18:25 10.09.2026
Futbol
Fransanın regiondakı maraqları daha da təhlükə altına düşür - ŞƏRH
18:20 10.09.2026
Aktual
Ərdoğan Trampın xüsusi nümayəndəsi ilə gizli görüş keçirib
18:18 10.09.2026
Gündəm
Ukrayna gəmilərini məhv edəcəyik - Peskov
17:59 10.09.2026
Dünya
NATO Rusiyanın təxribat planının qarşısını alıb
17:42 10.09.2026
Dünya