İsmət Səttarov: Azərbaycanla Özbəkistan media üzrə yeni imkanlar əldə edib
Yusif Nəzərli
06:51 30.09.2025
Media
547
“Azərbaycan və Özbəkistan xalqlarını sadəcə ortaq tarix və mədəniyyət deyil, eyni zamanda, qardaşlıq, dostluq və bir-birinə bağlılıq duyğuları birləşdirir”.
APA xəbər verir ki, bu sözləri Azərbaycan Respublikası Audiovizual Şurasının sədri İsmət Səttarov “Rəqəmsal Transformasiya və Media” mövzusunda II Azərbaycan-Özbəkistan Media Forumunda çıxışı zamanı deyib.
Onun sözlərinə görə, bu gün keçirilən Forum da məhz həmin qardaşlığın bariz nümunəsidir: “Bu münasibətlər dövlətlərimizin rəhbərlərinin şəxsi dostluğu və qardaşlığı sayəsində daha da güclənir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Özbəkistan Respublikasının Prezidenti cənab Şavkat Mirziyoyev xalqlarımız arasında əsrlərdən gələn dostluğu strateji tərəfdaşlıq və müttəfiqlik səviyyəsinə qaldırıblar. Onların siyasi iradəsi nəticəsində ölkələrimiz bu gün bütün sahələrdə, o cümlədən media sahəsində yeni imkanlar əldə edib. Audiovizual Şura olaraq biz inanırıq ki, Azərbaycan və Özbəkistan media qurumları arasında qurulan sıx əməkdaşlıq informasiya mühitimizin sağlam, obyektiv və peşəkar inkişafına mühüm töhfə verəcək. Xüsusən bugünkü dövrdə – rəqəmsal transformasiya, informasiya təhlükəsizliyi və media dayanıqlılığı məsələlərinin ön plana çıxdığı bir vaxtda, ölkələrimizin bu sahədə birgə fəaliyyət göstərməsi olduqca əhəmiyyətlidir. Birgə layihələr, informasiya mübadiləsi, yeni texnoloji trendlərin tətbiqi və peşəkar jurnalistlərimizin təcrübə mübadiləsi qarşılıqlı inkişafımıza xidmət edəcək. Əminəm ki, bu Forum Azərbaycan və Özbəkistan mediası arasında gələcək əməkdaşlığın daha da genişlənməsi üçün növbəti addım və uğurlu bir platforma olacaq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ÇL: "Qalatasaray" uduzdu, "Barsa" və PSJ-dən darmadağın
01:40 10.09.2026
Futbol
Hörmüzdəki böhranla bağlı Küveytdən qeyri-adi təklif
23:58 09.09.2026
Region
Tramp İranla müharibənin nə vaxt bitəcəyini açıqlayıb
23:49 09.09.2026
Gündəm
Tramp: Putin Ukrayna ilə bağlı razılaşma əldə etmək istəyir
23:37 09.09.2026
Aktual
Bakının iki küçəsində hərəkət məhdudlaşdırılacaq
23:23 09.09.2026
İnfrastruktur
Gəncədə 16 yaşlı yeniyetmə bıçaqlanıb
22:30 09.09.2026
Hadisə
Paşinyan və Emmanuel Makron arasında görüş olub
22:12 09.09.2026
Gündəm
Taliban Trampın tələbini yenə rədd etdi: Artıq bizimdir!
21:11 09.09.2026
Dünya
Belçikada Salmonella virusuna yoluxanların sayı 318-ə çatıb
20:57 09.09.2026
Sağlamlıq
Əməkdar mədəniyyət işçisi Zöhrab Zeynallı vəfat edib
20:45 09.09.2026
Hadisə
"Sabah" "Mançester Yunayted"lə oyuna ciddi itki ilə çıxacaq
20:00 09.09.2026
Futbol
Rusiya və Vyetnam prezidentləri arasında Kremldə görüş olub
19:51 09.09.2026
Gündəm