
Gürcüstanda seçki böhranı: Müxalifəti lidersiz qalıb - RƏY
13:38 01.10.2025
Cənubi Qafqaz
422
Bu seçkilər Avropa ilə Gürcüstan arasında yenidən siyasi böhranı gündəmə gətircək
Gürcüstanda oktyabrın 4-də keçiriləcək bələdiyyə seçkiləri ölkənin daxili siyasi həyatı üçün mühüm dönüş nöqtəsi ola bilər. Seçkilər ilk baxışda yerli idarəetmə ilə bağlı olsa da, əslində hakimiyyətlə müxalifət arasında gedən daha geniş siyasi mübarizənin tərkib hissəsinə çevrilib. Müxalifət seçkilərə hazırlaşsa da, vahid lider ətrafında birləşə bilməməsi ciddi zəiflik kimi görünür. Cəmiyyətin bir hissəsi təşkilatlanmamış şəkildə etiraz aksiyaları keçirir, lakin bu etirazlar siyasi təsir gücündən uzaq qalır. Keçmiş prezident Mixail Saakaşvili də proseslərə təsir göstərməyə çalışır. O, “Döyüşdə qələbə qazanmaq istəyirsənsə, mütləq öz dərini ortaya qoymalısan, mən də qərar verdim ki, öz dərimi ortaya qoyum",-deyərək tərəfdarlarını aktiv mübarizəyə səsləyib. Lakin onun çağırışları müxalifət daxilində geniş dəstək tapmır, bu da siyasi arenada lider boşluğu yaradır və nəticədə hazırkı hakimiyyətin mövqeyini daha da gücləndirir.
Baş nazir İrakli Kobaxidze isə cəmiyyəti təmkinə çağıraraq bildirib: “Dəmir barmaqlıqlar arxasında yeni "vicdan günahkarları" görmək istəmirik. Ona görə də hamını qanunun sərt reaksiyasına səbəb olacaq hərəkətlərdən çəkinməyə çağırıram",-bu açıqlama seçkilərdən əvvəl ölkədə gərginliyin artdığına və mümkün qarşıdurmaların qarşısının alınmasına yönəlik bir siqnal kimi dəyərləndirilə bilər.
Seçkilərin nəticələri Gürcüstanla Avropa İttifaqı arasında münasibətlərdə yeni gərginlik dalğası da yarada bilər. Hakim partiya isə hakimiyyəti əldən vermək istəmir və bütün resursları ilə mövqeyini qorumağa çalışır.
Politoloq Məhəmməd Əsədullazadə Sherg.az-a açıqlamasında müxalifətin vahid liderinin olmadığını qeyd edib:

"Gürcüstanda oktyabrın 4-də seçkilər keçiriləcək. Bu bələdiyyə seçkiləri ölkənin siyasi taleyində mühüm hadisədir. Bura müxalifət də hazırlaşır, amma müxalifətin vahid lideri yoxdur. Xalq spontan olaraq, hökumət təşkilatları və müxtəlif siyasi partiyalar şəklində təşkil olunmamış etiraz aksiyaları keçirir. Mixail Saakaşvili çalışır ki, öz tərəfdarları meydana gəlsin. Amma ona da müxalifət ciddi dəstək vermir. Bir növ, Gürcüstan müxalifəti lidersiz qalıb. Ona görə də bu hakimiyyətin güclü qalmasına şərait yaradır. Bələdiyyə seçkilərini də hökumət güclü şəkildə öz xeyrinə yönləndirəcək".
Politoloq Gürcüstanda oktyabrın 4-də seçkilər baş tutsa da, müxalifətin etirazlarını davam etdirəcəyini söyləyib:
"Bu seçkilər, təbii ki, Avropa ilə Gürcüstan arasında yenidən siyasi böhranı gündəmə gətircək. Hazırkı hakimiyyətdə olan partiya isə hakimiyyəti əldən vermək istəmir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Hörmüzdəki böhranla bağlı Küveytdən qeyri-adi təklif
23:58 09.09.2026
Region
Tramp İranla müharibənin nə vaxt bitəcəyini açıqlayıb
23:49 09.09.2026
Gündəm
Tramp: Putin Ukrayna ilə bağlı razılaşma əldə etmək istəyir
23:37 09.09.2026
Aktual
Bakının iki küçəsində hərəkət məhdudlaşdırılacaq
23:23 09.09.2026
İnfrastruktur
Gəncədə 16 yaşlı yeniyetmə bıçaqlanıb
22:30 09.09.2026
Hadisə
Paşinyan və Emmanuel Makron arasında görüş olub
22:12 09.09.2026
Gündəm
Taliban Trampın tələbini yenə rədd etdi: Artıq bizimdir!
21:11 09.09.2026
Dünya
Belçikada Salmonella virusuna yoluxanların sayı 318-ə çatıb
20:57 09.09.2026
Sağlamlıq
Əməkdar mədəniyyət işçisi Zöhrab Zeynallı vəfat edib
20:45 09.09.2026
Hadisə
"Sabah" "Mançester Yunayted"lə oyuna ciddi itki ilə çıxacaq
20:00 09.09.2026
Futbol
Rusiya və Vyetnam prezidentləri arasında Kremldə görüş olub
19:51 09.09.2026
Gündəm
Zaxarova Danimarka qəzetindəki yazıya sərt reaksiya verdi
19:25 09.09.2026
Dünya
DİN-in yeni vəzifəsi müəyyənləşib
19:14 09.09.2026
Siyasət
Kılıçdaroğlu: “CHP satın alına bilməz”
19:07 09.09.2026
Siyasət