Azərbaycan və Türkiyə kibertəhlükəsizlik üzrə əməkdaşlığı müzakirə edib
Yusif Nəzərli
13:26 11.06.2022
Gündəm
463
Azərbaycan və Türkiyə arasında kibertəhlükəsizlik, “Hökumət buludu” və insan kapitalının inkişafı ilə bağlı əməkdaşlıq məsələləri müzakirə olunub.
"Report" xəbər verir ki, bu barədə Azərbaycan Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi məlumat yayıb.
Bildirilir ki, nazir Rəşad Nəbiyev ölkəmizdə səfərdə olan Türkiyənin Prezidenti Administrasiyasının Rəqəmsal Transformasiya Ofisinin rəhbəri Ali Taha Koçla görüş keçirib.
“TEKNOFEST” Aerokosmik və Texnologiya Festivalının bu il ilk dəfə Türkiyədən kənarda məhz Azərbaycanda keçirilməsi ölkələrimiz arasında mövcud olan tarixi dostluq, qardaşlıq və strateji tərəfdaşlıq əlaqələrinin növbəti uğurlu nümunəsi kimi dəyərləndirilib.
Qeyd olunub ki, Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın festivalda iştirak etmələri və müsabiqələrin qaliblərini şəxsən mükafatlandırmaları “TEKNOFEST Azərbaycan” tədbirinə, eləcə də gənclərin texnologiya sahəsində fəaliyyətinə ən yüksək səviyyədə dəstəyin göstəricisidir.
Görüşdə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Rəqəmsal Transformasiya Ofisi ilə də uğurla əməkdaşlıq etdiyi diqqətə çatdırılıb. Əlavə olunub ki, ötən ilin sentyabr ayında Bakıda imzalanmış Rəqəmsal transformasiya üzrə Azərbaycan – Türkiyə İşçi qrupunun Yol Xəritəsi bu əməkdaşlıq üçün hüquqi baza rolunu oynayır.
Qeyd edək ki, Rəqəmsal transformasiya üzrə Azərbaycan – Türkiyə İşçi qrupunun yaradılması barədə razılıq rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevlə Türkiyənin Prezidenti Administrasiyasının Rəqəmsal Transformasiya Ofisinin sədri Ali Taha Koç arasında 18 fevral 2021-ci il tarixində Ankara şəhərində keçirilmiş görüş zamanı əldə olunub.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə
Biləsuvarda açıq ərazidə yanğın söndürüldü
19:34 21.09.2026
Hadisə
Hörmüz boğazında mayeləşdirilmiş təbii qaz tankerinə hücum olub
19:23 21.09.2026
Dünya
Xəzər dənizində zəlzələ olub
18:48 21.09.2026
Hadisə
Rusiya-Ukrayna müharibəsinin sonu hələ görünmür - RƏY
18:35 21.09.2026
Siyasət
Nərimanovda çoxmərtəbəli yaşayış binasında yanğın var
18:19 21.09.2026
Hadisə
Kino xadimləri Prezidentə müraciət edib
18:11 21.09.2026
Mədəniyyət
Nunes: Rusiyadan gələn təhlükə realdır
18:02 21.09.2026
Dünya
Cevdet Yılmaz Azərbaycan səfirini qəbul edib
17:50 21.09.2026
Gündəm
Tonqaldan atlanmaq zərdüştiliyin adəti deyil - Həsən Həsənov
17:49 21.09.2026
Gündəm
Cəlilabadda açıq ərazi yanır - FOTO
17:35 21.09.2026
Hadisə
Bankın süni intellekt köməkçisi müştərini təhqir etdi - FOTO
17:32 21.09.2026
Texnologiya
Bakıda marketdə qadını döyən şəxs həbs edilib
17:30 21.09.2026
Hadisə