“Azərsun Holdinq” mükafata layiq görüldü
11:19 29.04.2025
Gündəm
311
“Azərsun Holdinq” 28 Aprel – Ümumdünya Əməyin Mühafizəsi Günü və ilk kollektiv müqavilənin 120 illiyinə həsr olunmuş konfransda “Sağlam və təhlükəsiz əmək şəraitinin yaradılmasında səmərəli əməkdaşlığa görə” nominasiyası üzrə təltif olunub.
Sherg.az xəbər verir ki bu mükafat şirkətin əməyin mühafizəsi istiqamətində uzunmüddətli və sistemli fəaliyyətinin, təhlükəsiz iş şəraitinin təmin olunması və əməkdaşların rifahına verilən önəmin bariz nümunəsidir. Mükafat “Azərsun Holdinq”in baş direktoru Savaş Uzan bəyətəqdim edilib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) birgə təşkilatçılığı ilə keçirilən tədbirdə “Azərsun Holdinq”in əməyin mühafizəsi üzrə qabaqcıl təcrübəsi, həmkarlar ittifaqları ilə səmərəli əməkdaşlığı və müasir texnologiyaların tətbiqi sahəsində atdığı addımlar yüksək qiymətləndirilib.
Konfrans çərçivəsində “Rəqəmsallaşma və süni intellektin iş yerlərinə təsiri” mövzusunda keçirilən müzakirələrdə ölkəmizdə qəbul edilən “Süni İntellekt Strategiyası”nın inklüziv məşğulluğa və yeni əmək vərdişlərinin formalaşmasına verəcəyi töhfələr vurğulanıb. Tədbirdə həmçinin “Süni intellekt və rəqəmsallaşma dövründə əməyin mühafizəsi”, “Şərqdə və Azərbaycanda ilk kollektiv müqavilə - 120 il”, AHİK-in “Layiqli Əmək Səfirləri” və "AHİK Plus" layihələrini əhatə edən videoçarxlar təqdim olunub.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
KL: “Qarabağ” səfərdən məğlub qayıdıb
23:09 06.08.2026
Futbol
Avropada istidən 25 mindən çox insan ölüb
22:48 06.08.2026
Dünya
Süni intellekt nüvə silahından daha təhlükəlidir – İDDİA
22:30 06.08.2026
Texnologiya
FETÖ üzvü olmaqda təqsirli bilinən polkovnik saxlanıldı
22:12 06.08.2026
Dünya
ABŞ Kubanın beş təşkilatına və səkkiz şəxsə sanksiyalar tətbiq edib
21:39 06.08.2026
Dünya
Zelenski Ceyhun Bayramovu qəbul edib
21:01 06.08.2026
Siyasət
İmişlidə uşaq velosepedlə traktorun altında qalaraq ölüb
20:38 06.08.2026
Hadisə
Moldova Balkan ölkələri ilə birlikdə Aİ-yə qoşulmaq istəyir
20:31 06.08.2026
Dünya
Pirşağıda 16 yaşlı oğlan dənizdə batıb
20:23 06.08.2026
Hadisə
“Real” tarixinin ən bahalı transferini etdi
19:40 06.08.2026
Futbol
Romada İsrail-Livan danışıqları başa çatıb
19:33 06.08.2026
Gündəm
Kadırov Çeçenistan rəhbəri vəzifəsinə namizəd kimi qeydə alınıb
19:25 06.08.2026
Dünya
Salah Türkiyədə nə qədər qazanacaq? - Rəsmi
19:09 06.08.2026
Futbol
Azərbaycan XİN Yamaykanı təbrik etdi
18:53 06.08.2026
Siyasət
Rusiya bu ölkələrə Ukrayna dronları ilə hücum edə bilər
18:39 06.08.2026
Dünya