
“Dövlət içində dövlət” planı çökdü: Adnan Əhmədzadənin gizli neft imperiyası dağıldı - ŞƏRH
15:24 24.09.2025
Gündəm
445
Ekspert: “Əhmədzadə Rusiya kəşfiyyatının təsiri altında dövlətə xəyanət etdi”
Neft satışı ilə məşhurlaşan Adnan Əhmədzadənin həbsi ətrafında müxtəlif müzakirələr aparılır. Əhmədzadənin ittiham olunduğu cinayətlərin xarakteri və əhatə dairəsi bu prosesin çox ciddi olduğunu və həbslərin çoxsaylı şəxsləri əhatə edəcəyini göstərir. Azərbaycan ictimaiyyəti SOCAR-ın İnvestisiya Departamentinin sabiq rəhbər müavini Adnan Əhmədzadəni neft daşımaları sahəsində fəaliyyəti ilə zənginləşmiş şəxs kimi tanımaqla yanaşı, ara-sıra mediaya sızan məlumatlara əsasən onun sanksiya tətbiq olunmuş ölkələrdən Avropaya neft ixracını həyata keçirən qaranlıq biznesi barədə də kifayət qədər məlumatlıdır. Qərbin sanksiya tətbiq etdiyi İran neftini dünya bazarına daşımaqla o, yüz milyonlarla dollar məbləğində gəlir əldə etdi.
Bu prosesdə Əhmədzadənin ofşor zonalarda təsis etdiyi şirkətlərdən istifadə olunur, tankerlərə suyu qiymətinə vurulan İran nefti digər ölkələrin xammalı kimi dünya bazarlarına çıxarılır və satılırdı. 2022-ci ildə Rusiyanın Ukraynaya təcavüzü ilə əlaqədar Qərbin bu ölkəyə tətbiq etdiyi sanksiyalar Əhmədzadə kimi işbazlara yeni imkanlar açdı. Dünya mediasına nəzər yetirsək, Rusiya neftinin başqa ölkələrə məxsus xammal adı altında daşınması və satılması barədə kifayət qədər fakt görə bilərik. İran nefti sayəsində böyük təcrübə toplamış Adnan Əhmədzadə bu dəfə fəaliyyətini daha da genişləndirərək ofşor zonalarda geniş şirkətlər şəbəkəsi yaradır və saxta sertifikatlarla Rusiya neftini Avropa bazarına satmağa başlayır.

Siyasi şərhçi Elçin Alıoğlu deyib ki, indi üzə çıxır ki, o, neft sektorundakı leqal kommersiya fəaliyyəti ilə yanaşı, sanksiya altında olan ölkələrdən xammal ixracına dair kölgə sxemləri ilə də tanınır. Ekspertin sözlərinə görə, mətbuatın məlumatına görə, o, ofşor şirkətlərdən istifadə edərək İran neftini guya başqa ölkələrin məhsulu kimi dünya bazarlarına çıxarır və bundan yüz milyonlarla dollar qazanırdı:
"2022-ci ildə Rusiyaya qarşı Ukrayna müharibəsi başladıqdan sonra sanksiyalar tətbiq ediləndə Əhmədzadə biznesini genişləndirdi. O, ofşor şirkətlər şəbəkəsi yaratdı və saxta sertifikatlarla Rusiyanın neftini Avropaya ixrac etməyə başladı. Xüsusilə onun Maltada fəaliyyət göstərən şirkət vasitəsilə Liviya və Rusiya neftinin daşınmasında iştirak etdiyi barədə məlumatlar yayıldı ki, bu da Avropa İttifaqı və Böyük Britaniya tərəfindən araşdırmalara səbəb oldu. Oxşar yoxlamalar Albaniyada da aparılır, burada yaxınlarda 22,5 min ton Rusiya xammalı müsadirə edilib. Əhmədzadənin Rusiya ilə xüsusi əlaqələrini onun “Lukoyl”un sahibi Vahid Ələkbərovla yaxın münasibətləri də təsdiqləyir. Əhmədzadə Ələkbərovun Bodrumda keçirilən ad günü mərasimində iştirak etmiş, hətta milyarderin 108 milyon dollar dəyərindəki “Galactica Super Nova” adlı superyaxtasını öz adına rəsmiləşdirmişdi".
E.Alıoğlu qeyd edib ki, bu isə sadəcə şəxsi qanunsuz kommersiya fəaliyyəti deyil:
"Bu gün həm məlumatlı çevrələr, həm də Azərbaycan ictimaiyyəti Əhmədzadənin Rusiya kəşfiyyatının təsiri altına düşərək faktiki olaraq öz dövlətinə xəyanət etdiyini düşünür. Ən əvvəl, o, Azərbaycanın neft sektorunun reputasiyasına və bazarın şəffaflığına zərbə vurdu. Ekspertlərin hesablamalarına görə, qarışıqlıqlar səbəbindən "Azeri Light" markalı neftin qiyməti 75 dollardan 68,31 dollara düşüb- yəni 6,69 dollar azalıb. Bu isə ölkənin ixrac gəlirlərinin 2,01 milyard dollar azalmasına gətirib çıxarıb. Burada söhbətin təkcə puldan deyil, həm də imic itkisinə aid olduğu aydındır. Real olaq: bu sahədə heç də təcrübəsiz olmayan Əhmədzadənin nəyə getdiyini anlamaması mümkün deyildi. Və oyun çox böyük idi. Əhmədzadənin həbsi onun yaratdığı təsir şəbəkəsinə, o cümlədən media resurslarına da ağır zərbə vurdu. Bu, Kremlin təsirinin klassik sxemidir: biz sənə neftimizdən qazanmaq imkanı veririk, sən isə əvəzində bizim təsirimizi təbliğ edirsən. Lakin bu gün Adnan Əhmədzadənin həbsi “dövlət içində dövlət” oynamaq cəhdlərinin daha birinin iflasa uğramasının simvoluna çevrilib".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İlham Əliyev Malavi Prezidentini təbrik etdi
11:03 06.07.2026
Gündəm
ABŞ qoşunlarını Estoniyadan tamamilə çıxarıb
10:50 06.07.2026
Dünya
Avropa sülhdən danışsa da, müharibəyə hazırlaşır...
10:44 06.07.2026
Dünya
Gilasın bilmədiyiniz zərəri...
10:41 06.07.2026
Sağlamlıq
Kontakt linzaların onlayn satışına icazə verildi
10:39 06.07.2026
Sağlamlıq
Paşinyan Rusiyaya işgüzar səfərə yollanıb
10:22 06.07.2026
Gündəm
Uzun müddət oturmaq ölüm riskini artırır
10:17 06.07.2026
Sağlamlıq
İynədən sonra əlil qalan uşağın işi məhkəməyə göndərildi
09:29 06.07.2026
Hadisə
İstidə sərinlənməyin ən təhlükəli üsulları açıqlanıb
08:55 06.07.2026
Maraqlı
Pasiyentlər əməliyyat zamanı həkimləri eşidir
08:34 06.07.2026
Sağlamlıq
Lilit Qalstyan ATƏT PA-nı Bakıya təzyiq göstərməyə çağırıb
07:25 06.07.2026
Gündəm
Arıqlamağa mane olan 3 böyük səhv
05:47 06.07.2026
Maraqlı
Azərbaycanlı gənc Polşada göldə boğuldu
04:27 06.07.2026
Hadisə
Rusiyada kanat yolunda 16 nəfər köməksiz qaldı
03:27 06.07.2026
Hadisə