İran hakimiyyəti ərəb dövlətlərinə bildirib ki, ABŞ hərbi əməliyyatı dayandırdıqdan sonra Tehran Vaşinqtona boyun əymək və müharibəyə son qoymaq niyyətində deyil.
Teleqraf xəbər verir ki, bu barədə ərəb ölkələrindəki mənbələrə istinadla “Axios” məlumat verib.
Portalın yazdığına görə, Tehran İrana təcavüzün bir daha təkrarlanmayacağına dair möhkəm beynəlxalq zəmanətlər alana qədər münaqişəni başa çatdırmaq niyyətində deyil. Həmçinin, Tehran ərəb dövlətlərinə bildirib ki, əməliyyat bitdikdən sonra belə ABŞ-nin Yaxın Şərqdəki hərbi bazalarına hücumları dayandırmayacaq.
“Müharibəyə başlamaq çox asandır, amma onu bitirmək son dərəcə çətindir”, - mənbə əlavə edib.