
İranın Zəngəzur mövqeyi yumşalır - ŞƏRH
02:41 29.04.2025
Gündəm
644
Məsud Pezeşkian ölkələrimiz arasındakı münasibətlərin səhmana salınmasında maraqlı görünür
İran prezidenti Məsud Pezeşkian Azərbaycana səfər etməzdən öncə AzTV-yə müsahibəsində Zəngəzur dəhlizi ilə bağlı düşüncələrini belə ifadə edib. Prezident bildirib ki, İran öz ərazisindən Azərbaycanın əsas hissəsi ilə Naxçıvana yol verir və bununla bağlı işlər görülüb, razılaşma var: "İran tərəfi düşünür ki, Ermənistanın Azərbaycana yol verməsi onun beynəlxalq hüquqlarını, ərazi bütövlüyünü pozmursa, problem yoxdur".

Milli Cəbhə Partiyasının sədr müavini Tural İrfan "Sherg.az"a açıqlamasında deyib ki, İranla münasibətlərin istiləşməsi həm ölkələrimiz üçün, həm də region üçün önəmlidir. Ekspert qeyd edib ki, İran prezidentinin Azərbaycana səfəri bu əlaqələrin inkişafı üçün gözəl fürsətdir:
"Hesab edirəm ki, İran prezidenti Məsud Pezeşkian ölkələrimiz arasındakı münasibətlərin səhmana salınmasında maraqlı görünür. Zəngəzur dəhlizi məsələsində də İranın yumşalması müşahidə olunur. Şübhəsiz ki, burada mühafizəkar qüvvələrdən fərqli olaraq Məsud Pezeşkianın rolu böyükdür. Səfərdən sonra Zəngəzur dəhlizi məsələsində rəsmi Tehranın mövqeyində dəyişiklik olması gözləniləndir. Çünki bu məsələnin həlli İran üçün də bir çox yöndən faydalıdır. Ən azı Azərbaycan ilə münasibətlərin istiləşməsi, yaxınlaşması, yeni əlaqələrin qurulması sürətlənə bilər. İranla bir çox sahədə əlaqələrin inkişafı hər iki ölkə üçün vacibdir. Çünki regionda gərginliyin azalması, sülhün davamlı olması, ortaq iqtisadi layihələrin həyata keçirilməsi həm region üçün, həm də hər iki dövlət üçün böyük əhəmiyyət kəsb edir. İran prezidentinin səfərindən öncə verdiyi ümidverici açıqlamaları, Azərbaycana baş tutan səfəri, Bakıda dostcasına, isti qarşılanması artıq anlaşılmaz qalan məsələlərin yoluna düşəcəyinin mesajıdır. Prezidentlərin görüşündə bütün lazımi danışıqların, o cümlədən Zəngəzur dəhlizi ilə bağlı müzakirələrin aparılması, aidiyyəti mövzular üzrə razılığa gəlinməsi gözləniləndir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qalibaf: ABŞ-nin İrana genişmiqyaslı hücumu gözlənilir
01:50 07.08.2026
Region
Matçı tam analiz edəcəyik - Qurban Qurbanov
01:23 07.08.2026
Futbol
Vatikanın diplomatik xidmətinin rəhbəri Moskvaya səfər edəcək
00:40 07.08.2026
Dünya
Ərdoğan sabah Səudiyyə Ərəbistanına səfər edəcək
23:47 06.08.2026
Gündəm
KL: “Qarabağ” səfərdən məğlub qayıdıb
23:09 06.08.2026
Futbol
Avropada istidən 25 mindən çox insan ölüb
22:48 06.08.2026
Dünya
Süni intellekt nüvə silahından daha təhlükəlidir – İDDİA
22:30 06.08.2026
Texnologiya
FETÖ üzvü olmaqda təqsirli bilinən polkovnik saxlanıldı
22:12 06.08.2026
Dünya
ABŞ Kubanın beş təşkilatına və səkkiz şəxsə sanksiyalar tətbiq edib
21:39 06.08.2026
Dünya
Zelenski Ceyhun Bayramovu qəbul edib
21:01 06.08.2026
Siyasət
İmişlidə uşaq velosepedlə traktorun altında qalaraq ölüb
20:38 06.08.2026
Hadisə
Moldova Balkan ölkələri ilə birlikdə Aİ-yə qoşulmaq istəyir
20:31 06.08.2026
Dünya
Pirşağıda 16 yaşlı oğlan dənizdə batıb
20:23 06.08.2026
Hadisə