
Kreml Azərbaycan qazının yolunu raketlə kəsir
02:49 07.08.2025
Gündəm
457
Bunun Rusiya-Azərbaycan münasibətlərinin gərginliyi ilə əlaqəsi azdır
Rusiya Ukraynanın qaz nəqli infrastruktur obyektinə hücum edib. Ukraynanın Energetika Nazirliyi məlumat yayıb ki, avqustun 6-sı gecə saatlarında Rusiya Ukraynanın Qaz Nəqli Sisteminin operatorunun Odessa vilayətində Ukrayna-Rumıniya sərhədi yaxınlığında yerləşən kompressor stansiyasına məqsədyönlü hücum həyata keçirib.
Bu kompressor stansiyası Yunanıstanın mayeləşdirilmiş təbii qaz (LNG) terminallarını Trans-Balkan qaz kəməri vasitəsilə Ukraynanın qaz anbarları ilə birləşdirən marşrut çərçivəsində istifadə edilirdi. ABŞ-dən LNG və Azərbaycan qazının sınaq həcmləri bu yolla təchiz edilirdi. Məlumatda qeyd olunub ki, təchizatı təmin edən avadanlıq onlarla pilotsuz uçuş aparatı tərəfindən hücuma məruz qalıb: "Bu, Rusiyanın mülki infrastruktura, energetikaya və eyni zamanda Azərbaycan, ABŞ və Avropadakı tərəfdaşlarla münasibətlərə, ukraynalıların və bütün avropalıların normal həyatına qarşı məqsədyönlü zərbəsidir". Ukraynanın energetika naziri Svetlana Qrinçuk bəyan edib ki, bu, 2027-ci ildə Rusiya təbii qazından tamamilə imtina etməyi planlaşdıran bütün Avropa üçün siqnaldır: "Trans-Balkan marşrutunun əsas kompressor stansiyasına Rusiyanın dronlarla kütləvi hücumu göstərir ki, Moskva avropalıların enerji müstəqilliyini və alternativ qaz təchizatı marşrutlarını məhv etmək üçün bütün mümkün vasitə və mexanizmlərdən istifadə edəcək. Əgər rusiyalılara bizim enerji infrastrukturumuza və qaz marşrutlarına cəzasız zərbə vurmağa icazə veriləcəksə, Avropada heç bir infrastruktur obyekti təhlükəsiz olmayacaq. Cəzasız qalma yalnız terroru genişləndirir. Məhz buna görə Rusiya etdiklərinə görə cavab verməlidir".
Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya ordusunun Odessa vilayətində yerləşən qaz stansiyasına endirdiyi raket zərbəsini sərt şəkildə pisləyib. Prezident bu hücumun təsadüfi deyil, qəsdən həyata keçirildiyini bildirib: "Sözügedən hücum nəticəsində yüzlərlə ailə qazsız qalıb. Bu, bizim istilik mövsümünə hazırlığımızı pozmağa yönəlmiş bilərəkdən atılmış bir zərbədir. Tamamilə cəfəng və iyrənc bir addımdır. Necə ki, Rusiya energetika infrastrukturumuza qarşı indiyə qədər atdığı bütün raket zərbələrində bu cür qeyri-insani, kinli yanaşmanı nümayiş etdirib". Zelenski qeyd edib ki, bu kimi hücumlar Ukraynanın mülki əhalisinə qarşı aparılan enerji terrorunun bir hissəsidir və beynəlxalq ictimaiyyətin daha sərt reaksiya verməsini zəruri edir.

Politoloq Elxan Şahinoğlu "Şərq"ə deyib ki, Rusiya 2008-ci ildə Gürcüstana qarşı savaşanda Bakı-Tbilisi-Ceyhan boru xəttinə də real təhlükə yaranmışdı. Ekspert vurğulayıb ki, o zaman Rusiyanın Gürcüstan ərazisinə atdığı mərmilərin boru xəttini zədələyəcəyi ehtimalı var idi:
"Həmin müharibə uzansaydı, Kreml qəsdən boru xəttini zədələyə bilərdi. Çünki Azərbaycan neftinin Gürcüstan və Türkiyə üzərindən dünya bazarlarına nəqli Kremlin yaralı yerlərindən biri idi. Kremlin müharibə ssenarisində dəyişən heç nə yoxdur. Sadəcə, indi hədəfdə Gürcüstan yox, Ukraynadır. Bu dəfə Azərbaycan qazının Ukrayna üzərindən nəql olunan boru xəttinə zərbə endiriblər. Bunun Rusiya-Azərbaycan münasibətlərinin gərginliyi ilə əlaqəsi azdır. Azərbaycan Ukraynaya qaz nəql etməyə başlayıb. Kreml raket zərbələri vasitəsilə bunun qarşısını almağa çalışır. Yəni Azərbaycan-Rusiya münasibətlərində bəlli gərginlik olmasaydı belə, Kreml Ukraynaya nəql həyata keçirilən boru xəttinə zərbə endirəcəkdi".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Makron xalqa müraciət etdi: Etirazçıların tələbləri nəzərə alınacaq
23:03 18.10.2026
Dünya
Marneulidə iki məcburi nikahın qarşısı alınıb
22:50 18.10.2026
Hadisə
Səudiyyə Ərəbistanının cənubuna mərmi düşüb, xəsarət alanlar var
22:48 18.10.2026
Dünya
ABŞ dövlət katibi Özbəkistana səfər etdi
21:55 18.10.2026
Gündəm
Ağdaşda işıqforun işləməməsi qəzaya səbəb oldu - Yaralananlar var
21:25 18.10.2026
Hadisə
Tramp Netanyahuya seçkilərdə dəstəyini açıqladı
21:09 18.10.2026
Dünya
Parisdə iğtişaşlar yenidən alovlanıb
20:21 18.10.2026
Dünya
Ukrayna bu ölkədən üzr istədi
20:19 18.10.2026
Dünya
Lavrov: Trampın Qəzza ilə bağlı planı kağız üzərində qalıb
19:41 18.10.2026
Dünya
PSJ “Barselona” ilə oyuna itki ilə çıxacaq
19:20 18.10.2026
Futbol
Trampın reytinqi rekord həddə düşüb
19:10 18.10.2026
Gündəm
Naxçıvanda avtomobil piyadanı vurub
18:53 18.10.2026
Hadisə
Antalyaya uçan təyyarə Peterburqa enə bilmədi
18:30 18.10.2026
Hadisə
"İmişli" "Turan Tovuz"u məğlub etdi
18:13 18.10.2026
Futbol
Sahibə Qafarova Qırğızıstana səfərə gedib
18:03 18.10.2026
Rəsmi