"Həmin şəxslər ya müalicəyə göndərilməlidir, ya da reabilitasiya mərkəzlərinə, təəssüf ki, bunların heç biri yoxdur"
Narkomanlar cərimə ödəyir, sonra yenə "peşəsinə" qayıdırlar - Əncam çəkilsin!
11:39 03.03.2024
Gündəm
557
Belə müalicə olmur
"Həmin şəxslər ya müalicəyə göndərilməlidir, ya da reabilitasiya mərkəzlərinə, təəssüf ki, bunların heç biri yoxdur"

"Həmin şəxslər ya müalicəyə göndərilməlidir, ya da reabilitasiya mərkəzlərinə, təəssüf ki, bunların heç biri yoxdur"
"Bizdə təcridxanaların, eyni zamanda cəzaçəkmə müəssisələrinin böyük hissəsi narkomaniyadan əziyyət çəkən məhkumlarla və yaxud istintaq altında olanlarla doludur. Onlar sıxlıq yaradır. Diqqəti buna yönəltmək lazımdır".
Bunu Milli Məclisin İnsan hüquqları komitəsinin ötən iclasında deputat Tahir Kərimli deyib. Deputat qeyd edib ki, dövlət bu şəxslərə nə qədər vəsait sərf edir: "Həmçinin bunların şəxsiyyəti korlanır. Onların şəxsi taleyində məhkumluq yaranır. Onları həbsxanaya doldurmaqdansa, məcburi müalicəyə göndərmək lazımdır. Prokurorlar, müstəntiqlər, təhqiqatçılar və məhkəmələr bu işə baxmaqdan yorulublar".
Regional Sosial Təşəbbüslərə Dəstək İctimai Birliyinin sədri, narkomaniya üzrə ekspert Emil Maqalov isə “Sherg.az"a açıqlamasında deyib ki, biz narkotik maddələrin yaratdığı fəsadlara qarşı mübarizə aparmaq istəyiriksə, əvvəl onların xəstə olduğunu dərk etməliyik:
“Daha sonra isə qınamaq əvəzinə, bəzilərini - ailələrinə, dövlətə yararlı olanlarını seçib əlimizdən gəldiyi qədər kömək etməliyik. Dəfələrlə danışmışam bu barədə, qeyd etmişəm ki, insanlardan uzaq yerlərdə narkotik maddə istifadə edən insanlar sizə mane olmursa, onlara dəyməyin!
Çünki narkotik istifadəçiləri 1-2-3 dəfədən sonra artıq aludəçiyə çevrilir. Zamanla ağrıları başlayır deyə, artıq onlar narkotikdən ağrıkəsici “dərman” kimi istifadə etməyə başlayırlar və etməlidirlər. Təbii ki, burada söhbət narkotik maddə satıcılarından, narkotacirlərdən yox, maddə aludəçisi olan xəstə insanlardan gedir”.
Millət vəkilinin açıqlamasına toxunan ekspert deyib ki, narkotik maddə istifadəçiləri hüquq-mühafizə əməkdaşları tərəfindən həbs edildikdən sonra iş gedir məhkəməyə: "Məhkəmə də baxır ki, bu adam sadəcə, narkotik maddə istifadəçisidir, narkortik maddələrin satışı ilə məşğul olmadığı üçün ortada cinayət əməli də yoxdur. Ya həmin şəxs müalicəyə göndərilməlidir, amma reabilitasiya mərkəzlərimiz və keyfiyyətli detoks dispanserlərimiz yoxdur. Bu mərkəzlər də həmişə dolu olur və boş yer tapılmır. Ona görə də yeni narkodispanserlər tikilməlidir. Narkomanların psixoloji asılılıqdan azad olması üçün reabilitasiya mərkəzləri olmalıdır. Təəssüf ki, dövlətə məxsus reabilitasiya mərkəzləri yoxdur. Özəl reabilitasiya mərkəzlərində isə qiymət 1000-1500 manat civarındadır. Hər adamın bu mərkəzə üz tutmağa imkanı olmur. Ya da məhkəmə 400 manat cərimə etməlidir ki, narkomanda pul nə gəzir. Nəticədə məhkəmənin hökmü ilə 15 sutka, 2 ay həbs-qətimkan tədbirindən sonra həmin şəxs azadlığa çıxıb yenidən narkotik maddə istifadəsinə davam edir. Deməli, ilk növbədə ölkədə narkomanların keyfiyyətli müalicəsi təşkil edilməlidir”.
Ekspertin fikrincə, bu məsələ cəmiyyəti narahat etməli, narkomanlar müalicə edildikdən sonra, cəzalarını çəkmək üçün cəzaçəkmə müəssisələrinə göndərilməlidir: “Cəmiyyətin narko-istifadəçilərə münasibəti xoşagələn deyil. Narkoman heç bir cinayət törətməsə belə, həm cəmiyyət, həm də hüquq-mühafizə orqanları narko-istifadəçiyə potensial cinayətkar kimi baxır. Halbuki narkomana cəmiyyətdə xəstə kimi yanaşılmalıdır ki, o, mövcud probleminin aradan qaldırılması üçün müvafiq strukturlara müraciət edə bilsin”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Aktrisa Nəsrin Cavadzadə səssiz- səmirsiz evləndi
02:34 05.05.2026
Şou
Tramp: ABŞ daha yüksək idxal rüsumları tətbiq edəcək
02:21 05.05.2026
Gündəm
Juninyo "Qarabağ"a qayıdır?
01:53 05.05.2026
Futbol
KİV: ABŞ-da benzinin qiyməti rekord həddə çatıb
01:01 05.05.2026
İqtisadiyyat
Ağ Evin yaxınlığında silah səsləri eşidilib
00:38 05.05.2026
Dünya
Zelenski: Ukrayna mayın 6-dan etibarən “sükut rejimi” elan edir
23:40 04.05.2026
Dünya
Mingəçevirdə tələbə ölüb
23:19 04.05.2026
Hadisə
"Qarabağ" qalib gəldi
23:06 04.05.2026
Futbol
Ciorcia Meloninin Azərbaycana səfəri başa çatıb
22:55 04.05.2026
Siyasət
“Paşinyanı devirmək planı var” - ŞƏRH
22:21 04.05.2026
Gündəm
“Dərslik tənqidləri qeyri-obyektivdir” - Tarix müəllimi
22:16 04.05.2026
Elm və Təhsil
Zelenskidən Paşinyana təklif - KİYEVDƏ KEÇİRİLSİN
21:45 04.05.2026
Gündəm
“Qarabağ” “Turan Tovuz”u məğlub etdi
21:36 04.05.2026
Futbol
Rusiya 8–9 may tarixlərində atəşkəs elan edib
21:34 04.05.2026
Dünya
"Space" TV-nin yeni rəhbəri: Hədəfimiz böyükdür
21:30 04.05.2026
Gündəm
Şəhidin "Vətən uğrunda" medalı İmişlidə ailəsinə təqdim edilib
21:27 04.05.2026
Cəmiyyət