" Məhkəmə qərarlarının icrasında problemlər var. Hətta elə məhkəmə qərarları var ki, uzun illərdir icra olunmur. Bunun qarşısının alınması üçün müxtəlif tədbirlər görülməsinə baxmayaraq, belə faktlar azalmır. Problemin həlli üçün müxtəlif təkliflər irəli sürülür, müxtəlif təsisatlar barədə düşünülür. Problemin həll edilməsini istəyiriksə, elə effektiv bir təşkilat olmalıdır ki, məsələnin həllinə kömək edə bilsin. Müəyyən təsisatlar var, məsələn, Mediasiya Şurası, Arbitraj Məhkəməsi. Amma böyük nəticələr yoxdur. Bu, dərindən və ciddi şəkildə ölçülüb-biçilməli məsələdir. Biz məhkəmə qərarlarının icrasına səbəb olan amilləri tapmalıyıq və real vəziyyəti real da təhlil etməliyik. Məhkəmə qərarlarının icrasına mane olan hansı səbəblərdir? Burada təkcə məmur özbaşınalığı, rüşvət, korrupsiya amillərinin üzərindən çıxış etmək doğru olmaz. Bəli, bunlar var. Amma başqa amillər də var. Əvvəlcə müəyyən etməliyik, məhkəmə qərarlarının vaxtında icrası üçün nə lazımdır? Birincisi, hamı bir nəfər kimi bu həqiqəti qəbul etməlidir ki, dövlətin inamı və ədaləti məhkəmə qərarlarına bağlıdır. Məhkəmənin qərarı, ilk növbədə ədalətli olmalıdır. İkincisi, məhkəmənin qərarı yubadılmadan icra edilməlidir. Vətəndaşın dövlətə və məhkəmənin ədalətinə inamı həm də buna bağlıdır. Üçüncü amil, məhkəmə icraçılarının sosial vəziyyəti ilə bağlıdır. İcra məmurları ən zəif müdafiə olunan təbəqədir. Onların əmək haqqı çox aşağıdır. İcra məmurlarının işlərinə könülsüz yanaşmalarının və bəzi hallarda rüşvətə meyil etmələrinin bir səbəbi də budur. İcra məmurlarının social müdafiəsi gücləndirilməlidir. Dördüncü amil, ümumiyyətlə, cəmiyyətdə hüquqi düşüncənin formalaşmasıdır. Görünür, bu bizdə lazımi səviyyədə deyil. Ona görə də məhkəmə qərarlarına etinasızlıq baş verir. Göründüyü kimi, problemin həm ənənəvi, həm də sosial tərəfləri var".
Ölkənin bir nömrəli dərdi...
Məhkəmə qərarlarında böyük ədalətsizliklər hökm sürür Hüquq müdafiəçisi Məhkəmənin dostu institutunun yaradılması təklifini alqışlayır

Milli Məclisin İnsan hüquqları komitəsinin iclasında vətəndaşların mülkiyyət hüququnun məmurlar tərəfindən pozulması haqqında danışılıb. Bildirilib ki, bəzi hallarda icra başçıları tərəfindən vətəndaşların mülkiyyət huquqları pozulur. Yeni təyin edilmiş icra başçısı özündən əvvəlki başçının sərəncamıyla vətəndaşa verilmiş torpaq sahələrindən qeyri-qanuni istifadə edirlər. Bu cür hallara görə bir neçə icra başçısı məsuliyyətə cəlb edilib, lakin qanunsuz əməllər yenə davam edir. Millət vəkili Fazil Mustafa isə məhkəmə qərarlarının icrasının yubanmasına diqqət çəkib. Millət vəkili Məhkəmənin dostu institutunun yaradılması təklifini bəyəndiyini deyib: “Bəzən elə məhkəmə qərarı olur ki, bunun icrası “2x2”dir. Misal olaraq, məhkəmə qərar qəbul edib, amma məhkəmə icraçısı bunu həll etməyə maraqlı deyil. Yüzlərlə belə fakt olub ki, biz zəng edib məcbur etmişik. Sənin nə marağın ola bilər?! Yaxud da qərarın icrası ilə bağlı qarşı tərəfin məsələni uzatması üçün müəyyən imkanları geniş olduqda məhkəmə qərarının icrasına maneə törətmək vəziyyəti yaranır. Buna da hansısa formada Ombudsmanın müdaxilə etmək imkanı vacibdir. Çünki ölkədə əsas problem məhkəmə ilə bağlıdır. Məhkəmə qərarı icra edilməyən bir ölkədə nəyinsə ədalətli olmadığını müzakirə etməyə ehtiyac yoxdur. Odur ki, ilk növbədə bu məsələ həll olunmalıdır”.
Konstitusiya Araşdırmaları Fondunun prezidenti, hüquq müdafiəçisi Əliməmməd Nuriyev “Sherg.az"a açıqlamasında Məhkəmənin dostu institutunun yaradılıması təklifini alqışladığını dedi:
" Məhkəmə qərarlarının icrasında problemlər var. Hətta elə məhkəmə qərarları var ki, uzun illərdir icra olunmur. Bunun qarşısının alınması üçün müxtəlif tədbirlər görülməsinə baxmayaraq, belə faktlar azalmır. Problemin həlli üçün müxtəlif təkliflər irəli sürülür, müxtəlif təsisatlar barədə düşünülür. Problemin həll edilməsini istəyiriksə, elə effektiv bir təşkilat olmalıdır ki, məsələnin həllinə kömək edə bilsin. Müəyyən təsisatlar var, məsələn, Mediasiya Şurası, Arbitraj Məhkəməsi. Amma böyük nəticələr yoxdur. Bu, dərindən və ciddi şəkildə ölçülüb-biçilməli məsələdir. Biz məhkəmə qərarlarının icrasına səbəb olan amilləri tapmalıyıq və real vəziyyəti real da təhlil etməliyik. Məhkəmə qərarlarının icrasına mane olan hansı səbəblərdir? Burada təkcə məmur özbaşınalığı, rüşvət, korrupsiya amillərinin üzərindən çıxış etmək doğru olmaz. Bəli, bunlar var. Amma başqa amillər də var. Əvvəlcə müəyyən etməliyik, məhkəmə qərarlarının vaxtında icrası üçün nə lazımdır? Birincisi, hamı bir nəfər kimi bu həqiqəti qəbul etməlidir ki, dövlətin inamı və ədaləti məhkəmə qərarlarına bağlıdır. Məhkəmənin qərarı, ilk növbədə ədalətli olmalıdır. İkincisi, məhkəmənin qərarı yubadılmadan icra edilməlidir. Vətəndaşın dövlətə və məhkəmənin ədalətinə inamı həm də buna bağlıdır. Üçüncü amil, məhkəmə icraçılarının sosial vəziyyəti ilə bağlıdır. İcra məmurları ən zəif müdafiə olunan təbəqədir. Onların əmək haqqı çox aşağıdır. İcra məmurlarının işlərinə könülsüz yanaşmalarının və bəzi hallarda rüşvətə meyil etmələrinin bir səbəbi də budur. İcra məmurlarının social müdafiəsi gücləndirilməlidir. Dördüncü amil, ümumiyyətlə, cəmiyyətdə hüquqi düşüncənin formalaşmasıdır. Görünür, bu bizdə lazımi səviyyədə deyil. Ona görə də məhkəmə qərarlarına etinasızlıq baş verir. Göründüyü kimi, problemin həm ənənəvi, həm də sosial tərəfləri var". Ə.Nuriyev qeyd etdi ki, məhkəmə qərarlarının icrasına ictimai institutları cəlb etmək lazımdır:
" Biz axtarışlardayıq. İcra institutunun yaradılması, icra məcəlləsinin hazırlanması, ictimai institutların buna cəlb edilməsi, özəl icra institutu modeli təklifləri var. Əsas müzakirə mövzuları bunlardır. Bu təkliflər hazırkı reallıqlar nəzərə alınmaqla geniş müzakirə edilməlidir. Nəzərə almalıyıq ki, ölkəmiz yeni dövrə daxil olub. Və bu yeni dövrün öz reallıqları var. Bilirsiz, ədalət mühakiməsi o zaman başa çatmış hesab edilir ki, məhkəmə qərarı icra edilmiş olsun. Əlbəttə, məhkəmə də ədalətli qərarlar qəbul etməlidir. Amma məhkəmə qərarı icra edilməyibsə, məhkəmənin ədalətli qərar qəbul etdiyini nə qədər istəyirsən de, bəyan elə, faydası yoxdur. Məhkəmə qərarı icra edildiyi zaman hüquqi qüvvəsini tapmış olur. Bu problemin həlli üçün elə bir institut, elə bir təşkilat yaradılmalıdır ki, keyfiyyətli olsun və uğurlu nəticələrə gətirib çıxarsın".