Şahin Mustafayev: Çini Azərbaycanın yaşıl enerji sahəsində əsas tərəfdaşıdır
Şahin Mustafayev: Çini Azərbaycanın yaşıl enerji sahəsində əsas tərəfdaşıdır
16:32 25.09.2025
Gündəm
288
“Prezident İlham Əliyev Çinlə əlaqələrin dərinləşdirilməsinə böyük önəm verir”.
APA xəbər verir ki, bunu Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayev Çin Xalq Respublikasının qurulmasının 76-cı ildönümünə həsr olunmuş tədbirdə çıxışı zamanı deyib.
Şahin Mustafayev iki ölkə arasında həm dövlət nümayəndələri, həm də şirkətlər səviyyəsində mütəmadi olaraq qarşılıqlı səfərlərin keçirildiyini və ikitərəfli əlaqələrdə keyfiyyətcə yeni mərhələyə qədəm qoyulduğunu bildirib.
“Bu yaxınlarda Azərbaycandan olan nümayəndə heyəti Çinə səfər edib. Səfər çərçivəsində, 25-ci Beynəlxalq İnvestisiya Forumunda iştirak edilib. Bizim ölkəmiz forumda “Azərbaycana investisiya yatırın” adlanan milli stendlə təmsil olunub”- Şahin Mustafayev qeyd edib.
O, 1995-ci ildən 2025-ci ilin birinci yarısına kimi Çindən Azərbaycana yönləndirilən birbaşa investisiyanın həcmi 942.3 milyon dollar təşkil etdiyini bildirib.
“Azərbaycanın Çinə yönləndirdiyi ümumi investisiyanın həcmi 2.1 milyard dollar təşkil edir ki, bunun 1.9 milyardı Dövlət Neft Fondunun payına düşür”- Baş nazirin müavini əlavə edib.
Şahin Mustafayev Çini Azərbaycanın yaşıl enerji sahəsində əsas tərəfdaşı adlandırıb.
İki ölkə arasında humanitar əlaqələrin inkişafına toxunan Şahin Mustafayev Heydər Əliyev Fondunun Çində bir sıra humanitar layihələr həyata keçirdiyini deyib.
Baş nazirin müavini Azərbaycan-Çin əlaqələrinin gələcəkdə daha da genişlənəcəyini vurğulayıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Spiegel": Almaniya Hörmüz boğazına üç gəmi göndərmək niyyətindədir
22:25 21.04.2026
Dünya
“Zirə” finala yüksəldi
21:52 21.04.2026
Futbol
Böyük hərbi plan: Aİ Ukrayna üçün 90 min hərbçi hazırladı
21:36 21.04.2026
Gündəm
Əli Əsədov Qazaxıstana işgüzar səfər edib
20:53 21.04.2026
Siyasət
Latviya Prezidenti Azərbaycana gəlib
20:38 21.04.2026
Rəsmi
Pakistan İrandan cavab gözləyir
20:30 21.04.2026
Dünya
2009-dan sonra doğulanlara ömürlük siqaret qadağası təsdiqlənib
20:07 21.04.2026
Sağlamlıq
“Son zəng” tədbirinin keçiriləcəyi tarix məlum olub
19:27 21.04.2026
Elm və Təhsil
CNN: Hörmüz boğazı ABŞ-İran danışıqlarının əsas mövzusu olacaq
19:04 21.04.2026
Dünya
Ukrayna "Drujba" neft kəmərinin təmirini başa çatdırıb
18:56 21.04.2026
Dünya
Putin sərhədyanı bölgələrdə vəziyyəti “çətin” adlandırıb
18:28 21.04.2026
Gündəm