Tovuzda külək yanğına səbəb olub, nəticədə 350-dən çox ev işıqsız qalıb


 

Güclü külək Tovuzda fəsadlar törədib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Qovlar şəhəri, Mamed Mamedov kucəsində qeydə alınıb.

Belə ki güclü külək nəticəsində 370 ailənin istifadəsində olan 100 kilovattlıq transformator alısıb. Hadisə yerinə FHN-in Tovuz rayon Yanğından Mühafisə hissəsinin 2 yanğın söndürən briqadası cəlb olunub. Baş vermiş qəza nəticəsində 350-dən artıq ailə işıqsız qalıb.

Hadisə yeriə müvafiq struktur nümayəndələri hadisə yerinə gəlib. Faktla bağlı araşdırma aparılır.