Sabiq məhkum bu dəfə xeyli pul apardı - BİRGƏ ƏMƏLİYYAT

Suraxanı rayonunda Kriminalistik Tədqiqatları idarəsi və polis əməkdaşları tərəfindən birgə əməliyyat keçirilib.

Suraxanı rayonu ərazisində evdən oğurluq hadisəsi qeydə alınıb. Lent.az -ın Daxili İşlər Nazirliyinə istinadən verdiyi məlumata görə, oğrunun tapılması üçün Kriminalistik Tədqiqatları İdarəsi və Suraxanı rayon 31-ci polis bölməsinin əməkdaşları tərəfindən birgə əməliyyat tədbirləri keçirilib. Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində evdən 600 manat dəyərində qızıl-zinət əşyaları və mobil telefon oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Y.Əliyev saxlanılıb.

Daxil olan məlumatda şübhəlinin əvvəllər də məhkum olunduğu bildirilir.