33 yaşlı oğlan dənizdə batdı

Bakıda 33 yaşlı oğlan dənizdə batıb.
Xəzər rayon Prokurorluğundan Lent.az -a verilən məlumata görə, Binə qəsəbə sakini 33 yaşlı Tural Qasımov iyunun 17-də saat 19 radələrində dostu ilə birlikdə Şüvəlan qəsəbəsi “Mayak” çimərliyində dənizdə üzərkən boğularaq ölüb.

Prokurorluq əməkdaşları tərəfindən dərhal hal şahidlərinin iştirakı ilə meyitə baxış keçirilib, izahatlar alınıb və digər zəruri prosesual hərəkətlər həyata keçirilib. T. Qasımovun meyiti MTEPAB-nın Xəzər rayon Şöbəsinə müayinə olunması üçün təqdim edilib.

Hazırda faktla bağlı Xəzər rayon Prokurorluğunda araşdırma aparılır.