Ağdamda yeniyetməni ilan sancdı

Ağdamda 14 yaşlı oğlanı ilan sancıb.
Oxu.Az xəbər verir ki, hadisə rayonun Çıraqlı kəndində qeydə alınıb.
Kənd sakini Quliyev Xəyal Sahib oğlunu evlərinin həyətində ilan sancıb.
X.Quliyev ailə üzvlərinin köməkliyi ilə Ağdam rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Ona ilan zəhəri əleyhinə zərdab vurulub.
Həkimlər X.Quliyevin vəziyyətini orta-ağır qiymətləndirir.