Məşhur aktyor vəfat etdi

Aktyor ser İen Holm vəfat edib.
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, 88 yaşlı aktyor parkinson xəstəliyindən əziyyət çəkirmiş.
O, “Üzüklərin hökmdarı”, “Hobbit”, “Yad” və “Beşinci element” filmlərindəki rolları ilə məşhur idi.