Keçmiş məhkum Abşeron rayonu ərazisindən avtomobil qaçırıb


İyunun 16-da Abşeron Rayon Polis İdarəsinə müraciət edən Bakı şəhər sakini M.Axundov iyunun 10-da Saray qəsəbəsi ərazisindəki bağ evinin həyətindən “Mercedes” markalı avtomobilinin qaçırıldığını bildirib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Tovuz rayon sakini, əvvəllər məhkum olunmuş Füzuli Cəfərov Şəmkir rayonu ərazisində avtomobili idarə edərkən Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının əməkdaşları tərəfindən saxlanılıb və aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırmalar aparılır.