İsmayıllıda meşədə narkotik becərən şəxs tutulub - FOTO

İsmayıllıda narkotik əkib-becərən şəxs saxlanıb.

DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, keçirilən əməliyyat zamanı narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən Mücühəftəran kənd sakini Elvin Məcidov saxlanılıb.

Davam etdirilən tədbirlərlə onun narkotik vasitəni Qalınçaq kəndindəki meşəlik ərazidə əkib-becərdiyi müəyyən edilib. Polis əməkdaşları tərəfindən həmin yerə baxış keçirilən zaman ümumilikdə 474 ədəd çətənə bitkisinin şitillləri aşkar olunaraq götürülüb. Saxlanılan şəxs şitilləri 15 gün əvvəl əkdiyini və xüsusi qulluq göstərdiyini bildirib.
İsmayıllıda meşədə narkotik becərən şəxs tutulub - FOTO