Göyçayda bacısı qızını qətlə yetirən şəxs həbs edilib


Mayın 9-da saat 07:00 radələrində Bığır kəndində yaşayan bir nəfər şəxsin guya dəm qazından ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Göyçay rayon prokurorluğundan APA-ya verilən xəbərə görə, istintaqla müəyyən edilib ki, rayon sakini Vüqar Bədəlov qeyd edilən tarixdə saat 06:00 radələrində evinə qonaq gələn bacısı qızı Fatma Məmmədovanı yatan zaman qısqanclıq zəminində yastıqla boğaraq öldürüb.

Faktla bağlı Göyçay rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, Vüqar Bədəlov həmin maddə ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda istintaq aparılır.