Bakıda 15 yaşlı yeniyetmə bıçaqlandı


Bakıda bıçaqlanma hadisəsi baş verib.

"Report"un məlumatına görə, hadisə Nəsimi rayonunda qeydə alınıb. Mübahisə zəminində bıçaqlanan 2006-cı il təvəllüdlü Behbudov Tural Elxan oğlu təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.

Müayinə zamanı onun döş qəfəsində bir ədəd kəsilmiş-deşilmiş bıçaq yarası aşkarlanıb. Yaralı əməliyyat olunub və reanimasiya şöbəsinə yerləşdirilib.

Hadisənin təfərrüatı araşdırılır.