Hacıqabulda yol qəzasında 5 nəfər xəsarət alıb, bir nəfər ölüb

Hacıqabul-Horadiz yolunun Hacıqabul şəhəri ərazisindən keçən hissəsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, iki "Mercedes" markalı avtomobil toqquşub.

Nətcədə bir nəfər ölüb, 5 nəfər müxtəlif dərəcəli xəsarətlərlə Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.