Azərbaycanda daha bir körpə küçəyə atıldı


Gəncədə dörd aylıq körpə küçəyə atılıb. 

Bu barədə Oxu.Az-a hüquq-mühafizə orqanlarından məlumat verilib. 

Bildirilib ki, Gəncə şəhər A.Ziyatxanov küçəsində yerləşən 18 nömrəli məktəbin yanında çantanın içərisində körpə tapılıb.

Azyaşlı qız 2 saylı uşaq xəstəxanasına yerləşdirilib. Vəziyyəti normaldır.

Qeyd edək ki, bir müddət əvvəl Sumqayıtda və Ucarda da körpələr küçədə tərk edilmişdi.