Adları kimi, taleləri də eyni oldu: Hər kəs göz yaşına boğuldu



Konyada 18 yaşındakı Fatih Ocak və böyük qardaşı Hacı Naspi Ocak yük maşını qəzasında dünyalarını dəyişiblər. Bu barədə “Sherg.az” “Posta” ya istinadən xəbər verir. Bildirilir ki, Fatih Ocak 18 yaşındaykən avtobus altında qalan əmisinin adını daşıyırdı. Hacı Naspi Ocaka isə 24 yaşındaykən eyni şəkildə həlak olan babasının adı verilmişdi.
Nənə Fatma Ocak qəza qurbanlarının dəfn mərasimində “Fatihim, axırın adını verdiyimiz əmin kimimi olacaqdı? Bu, necə bir təsadüfdür?”- deyərək göz yaşları tökdü.