2021 - ci ilin qatil arısı məhv edildi - FOTO

ABŞ-da qatil eşşək arıları ilə mübarizə davam edir. Səlahiyyətlilər Vaşinqton əyalətində aşkarlanan bir yuvanın məhv edildiyini açıqlayıblar.
“Sherg.az” türk mediasına istinadən xəbər verir ki, boyu 5 santimetrə çata bilən bu heyvanlar bal arılarının yuvalarına hücum etdikləri və sancmaları insanları ölümcül hala gətirdiyi üçün çox təhlükəlidir.
Sözügedən yuva bir əyalət sakininin 11 avqustda canlı bir böcək gördüyünü bildirməsindən sonra tapılıb. Daha sonra səlahiyyətlilər 11 avqustdan 17 avqusta qədər üç ədəd qatil eşşək arısına məxsus yuvanı izləmə cihazları ilə izlədikdən sonra aşkar ediblər. Yuvanın yerləşdiyi qızılağac ağacının bir hissəsi də kəsilərək əlavə analiz üçün Bellinghamdakı Vaşinqton Dövlət Universitetindəki laboratoriyaya göndərilib.
Nəhəng eşşək arısı balalarını qidalandırmaq üçün böyük arıların başlarını kəsərək bal arılarının pətəklərinə soxulurmuş.