Gəncədə qadın qonşusu tərəfindən qətlə yetirilib

Gəncədə qətl hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, 1980-ci il təvəllüldü Əhmədova Məhəbbət Qədir qızı 1963-cü il təvəllüdlü Məmmədova Sücayət Əli qızını bıçaqla qətlə yetirib.

Hadisə yerinə hüquq-mühafizə orqanların əməkdaşları cəlb olunub. Cinayəti törədən qadının saxlanılması istiqmətində əməliyyat-axtarış işləri gedir.

İlkin məlumata görə, hər iki qadın qonşu olub. Faktla bağlı araşdırma aparılır.