Türkiyədə COVİD-19-dan daha 252 nəfər vəfat edib

Türkiyədə son 24 saat ərzində yeni növ koronavirusdan (COVİD-19) daha 252 nəfər vəfat edib.

"Report" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə Nazirliyindən bildiriblər.

Belə ki, ölkədə koronavirus infeksiyasının müəyyən edilməsi ilə əlaqədar 297 167 nəfər test edilib, 21 893 yeni yoluxma halı qeydə alınıb.

Qeyd edilib ki, ötən gün koronavirusdan 14 106 nəfər sağalıb.