Dənizdə batma təhlükəsi ilə üzləşən 4 nəfər xilas olunub

Bu gün "Mərdəkan", "Lökbatan" və “Bilgəh” sularda xilasetmə məntəqələrinin ərazisində çimərkən batma təhlükəsi ilə üzləşən 4 nəfər xilas olunub.

Bu barədə "Report" Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.

Xilasetmə əməliyyatı Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən aparılıb.