Oyun zamanı gənc futbolçunun ürəyi dayandı

İngiltərə gənclər kubokunun “Boston Yunayted” – “Vest Bridcford” matçında qorxunc hadisə yaşanıb.
Görüş zamanı gənc futbolçulardan biri infarkt keçirib.
Matç dayandırılıb və azarkeşlərdən tribunanı tərk etmələri istənilib.
Hadisə yerinə üç təcili tibbi yardım maşını gəlib. Həkimlər bir neçə dəfə defibrilatordan istifadə etsələr də, oyunçu tibbi müdaxiləyə reaksiya verməyib.
Gənc futbolçu Nottinqemdə tibb mərkəzinə aparılıb. Həkimlər onun həyatı üçün mübarizəni davam etdirir.
Mənbə: “Daily Mail”