Bakıda kişi işlədiyi köşkdə özünü asdı


Bakıda intihar hadisəsi baş verib.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, hadisə Nərimanov rayonu R.Əliyev küçəsində qeydə alınıb.

Həmin küçədə Bakı şəhər sakini, 38 yaşlı Namiq Həsənov özünün işlədiyi açar təmiri köşkündə özünü asaraq intihar edib.

Nərimanov Rayon Prokurorluğunda faktla bağlı araşdırma aparılır.