Gənə sancmasından öldü

Havaların isitləşməsiylə həşərat sancmaları da artıb. Xüsusən, əkin-biçin, heyvandarlıqla məşğul olanlar ehtiyatı əldən verməməlidir.

 “Sherg.az” “NTV.com.tr”yə istinadən bildirir ki, Türkiyənin Sivas bölgəsində qoyunları qırxmaq üçün Diyarbəkirdən çağırılmış 34 yaşlı kişini gənə sancıb. Kişinin qızdırması qalxıb, səhhəti ağırlaşıb. Onu təcili Sovas Cümhuriyyət Universiteti Tibbi Xidmət və Araşdırma Xəstəxanasına aparıblar. Onun gənə sancmasının səbəb olduğu “Krım-Konqo Qanayan Atəş” xəstəliyinə yaxalandığından şübhələniblər. Reanimasiya şöbəsinə yerləşdirilən kişi həkimlərin səyinə baxmayaraq həyatını itirib.