Yapon alpinistinin faciəvi ölümü: 5 min 380 metrdən yıxıldı

Yaponiyalı alpinist Şinji Tamura Pakistanın Gilgit-Baltistan bölgəsində zirvəyə qalxarkən 5380 metr hündürlükdən yıxılaraq ölüb. Sherg.az xarici KİV-lərə istinadən xəbər verir ki, Pakistan Alpinizm Klubunun katibi Karrar Haidri yapon alpinistin bəzi əşyalarını aşkarladıqlarını, lakin onun cəsədini tapa bilmədiklərini bildirib.


 
Karrar Haidri  açıqlamasında deyib ki, Yaponiyadan olan iki alpinist Gilgit-Baltistan bölgəsindəki Andak vadisində görünməmiş bir zirvəyə qalxmaq istəyib. 


 
Yapon alpinist Şinji Tamuranın sözügedən zirvəyə qalxarkən 5380 metr hündürlükdə yıxılaraq həlak olduğunu bildirən Haydri, digər yapon alpinist Semba Takayasunun da yaralandığını qeyd edib.

Hər il minlərlə alpinist Pakistandakı zirvələrə qalxmaq üçün Gilgit-Baltistan bölgəsinə səfər edir.


 
Zirvəyə dırmanışdan sağ çıxan  yaponiyalı alpinist Semba Takayasu, Tamuranın qayaya dəydikdən sonra   ağır yaralandığını xatırladığını söyləyib.