Toyda xoruzu spirtli içkiyə məcbur edən 5 nəfərə cərimə kəsildi

Dənizlinin Pamukkale rayonunda keçirilən toy mərasimində xoruza spirtli içki içməyə məcbur edildiyi bildirilib. Sherg.az türk mediasına istinadən xəbər verir ki,Dənizlinin Pamukkale rayonundakı toyda xoruza spirtli içki içirdən 5 nəfərə ümumilikdə 27 min lirə inzibati cərimə kəsilib.

İl Jandarma Komandanlığından verilən yazılı açıqlamaya görə, ötən gün keçirilən toy məclisində xoruza spirtli içki içməyə məcbur edilərək işgəncə verildiyi   xəbərindən sonra qruplar işə başlayıb.

Araşdırma nəticəsində toyda çəkilən görüntüləri izlənib və  5 şübhəlini müəyyən ediblər. Heyvanların Mühafizəsi Qanununu pozan cinayətə görə müəyyən edilən şübhəlilərə ümumilikdə 27 min lirə inzibati cərimə kəsilib.

Şübhəlilər barəsində məhkəmə prosesinin davam etdiyi bildirilib.